Məhkəmə qərarları › İş №8(049)-354/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-354/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-354/2023 31.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, “borclunun məcburi gətirilməsi” barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbinə əsasən, ünvan 1 ünvanında yaşayan Borclu cəmi 7800 manat məbləğində borc və 98 manat dövlət rüsumu tutularaq tələbkar X1 ödənilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə ünvan 1 ünvanında yaşayan Borclu göndərilmişdir Lakin könüllü icra müddəti keçməsinə baxmayaraq borclu icra sənədi üzrə borcunu ödəməmişdir. Tərəflərindən dəfələrlə ona xəbərdarlıqlar edilsə də borclu icra sənədi üzrə borcunu qərəzli olaraq icra etməmək məqsədi ilə icra məmurunun qanuni çağrışlarına gəlməmişdir. Borclu tələbi icra etmək məqsədi ilə dəfələrlə həm zəng edilmiş həmdə rəsmi qaydada xəbərdarlıq edilərək nəzərinə çatdırılmışdır ki, icra sənədində qeyd olunan pul tələbini ödəmədiyi halda, hərəkətləri məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi qiymətləndiriləcəkdir. Lakin ünvan 1 ünvanında yaşayan Borclu tələbkara olan borcunu ödəməkdən yayınır və icra məmurunun qanuni çağırışlarına gəlmir. Onunla dəfələrlə telefon əlaqəsi saxlanılsa da borclu gələcəyini bildirmiş lakin hər dəfə müxtəlif bəhanələrlə çağrışa gəlməyərək icradan yayınmışdır. Aparılmış icra tədbirlərinə baxmayaraq ünvan 1 ünvanında yaşayan Borclu İcra və probasiya şöbəsinə gətirilməsi mümkün olmadığı üçün Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə xx.xx.1987-ci il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, borclunun gəlməməsi qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lənkəran Rayon İcra və Probasiya Şöbəsi Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi bildirilmişdir. İş materiallarında olan Lənkəran Rayon İcra və X3 Elnur Çingiz oğluna ünvanlanmış sms bildirişdən görünür ki, Borclu icra qurumuna dəvət olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, icra məmurunun qanuni çağırışlarına gəlməkdən yayındığından Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.1987-ci il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gətirilməli, qərardadın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2ci maddəsini və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 293-294 və 297-298-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1419/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.1987-ci il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan məcburi qaydada Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadan, onun rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar