Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-365/2024 04.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 nömrəli icra vərəqinə izah verilməsi barədə Lənkəran Rayon İcra və Probasioya Şöbəsinin icra məmuru Elvin Babayevin ərizəsinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə iddiaçı Tələbkar cavabdeh "xxxx" Mənzil Tikinti kooperativinə qarşı “mənzilin təhvil verilməsi və qanunsuz hərəkətlərin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Lənkəran Şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv m ibarət 29 saylı mənzilin, həmin blokda yerləşən 24 saylı mənzilin, həmin blokda yerləşən 19 saylı mənzillərin təhvil təslim aktı ilə Tələbkar təhvil verilməsi və mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin Cənub MTK-ya qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, “Cənub" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m sahədən ibarət 19 saylı mənzil təhvil-təslim aktı ilə Tələbkar təhvil verilməsi, "xxxx" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələrin "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir. Qarşılıqlı iddia isə baxılmamış saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-128/2024 nörmərli, xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1152/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lənkəran Rayon İcra və Probasioya Şöbəsinin icra məmuru Elvin Babayev 22 oktyabr 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-119/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsinə izah verilməsi xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, icraatda olan Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2-(049)- 119/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə əsasən, "xxxx" MTK tərəfindən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil, İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzil təhvil-təslim aktı ilə Tələbkar təhvil verilməlidir. "xxxx" MTK tərəfindən mənzillərə daxil olmağa yaradılan qanunsuz maneələr "xxxx" MTK-yə qadağan edilməlidir. İlkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan alınaraq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi 27 iyun 2024-cü il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclulara göndərilmişdir. İcra prosesi zamanı müəyyən olunmuşdur ki, icra vərəqəsində qeyd olunan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/20A ünvanında inşa edilmiş yaşayış kompleksinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 29 saylı mənzil xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışla tam olaraq X1 mülkiyyətindədir. Həmiçinin İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 24 saylı mənzil xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışla tam olaraq X2 mülkiyyətindədir. Sonuncu İ A saylı, 8 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən 110 kv.m. sahədən ibarət 19 saylı mənzil isə xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışla tam olaraq X4 mülkiyyətindədir. Göründüyü kimi icra sənədi icraya yönəldiyi tarixədək mübahisəli mənzillərə yuxarıda adları qeyd olunana şəxslər tərəfindən mülkiyyət hüququ əldə edilmişdir. Belə olduğu halda həmin mənzillərin artıq "xxxx" MTKnın mülkiyyətində olmadığından və tərəfimizdən icra sənədinin icrasını həyata keçirmək mümkün olmamışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad edib 2 (049)-119/2023 saylı qətnamə üzrə verilmiş icra sənədinin tələbini icrası ilə bağlı mübahisəli mənzillərin başqa şəxslərin mülkiyyətində olduğu halda belə həmin mənzildən çıxarılması məsələsinə izah verilməsin xahiş etmişdir. Tərəflərə ərizəyə baxılması barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-nin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. MPM-nin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə, qətnaməyə izah verilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsinin qət etdi hissəsi tam konkret, aydın və anlaşıqlı olaraq tərtib edilmiş və nə kimi hərəkət edilməsi tam olaraq göstərilmişdir. Qətnamədə anlaşılan olmayan, hər hansı anlaşmazlığıa səbəb olacaq hal yoxdur və qətnamə işin hallarına uyğun olaraq tərtib edilmiş, elan edilmiş və qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tam icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129.2-ci maddəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Lənkəran Rayon İcra və Probasioya Şöbəsinin icra məmuru Elvin Babayevin ərizəsi təmin edilməməlidir. MPM-nin 230.5-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2(049)-119/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Lənkəran Rayon İcra və Probasioya Şöbəsinin icra məmuru Elvin Babayevin ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №8(049)-365/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-365/2024
04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver