Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-385/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7, tələbkar: X2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(049)-307/2024 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs icra məmuru X5 10 oktyabr 2024-cü il tarixli qərarından X1 şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs icra məmuru X5 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək orqana geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 307/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında Cavabdeh 1675.41 manat məbləğində pul vəsaitinin və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı X3 verilməsi barədə qətnamə qət edilmişdir. İcra vərəqəsinin icrası aidiyyəti üzrə Maraqlı şəxs icra məmuru Elvin Babayevə həvalə edilmişdir. İcra məmuru Elvin Babayev Cavabdeh barəsində “elektron icra” informasiya sistemindən sadə əmlak sorğusu aparmaqla, “İcra haqqında” AR-nin Qanununun 23.1.2 və 23.1.3-cü maddələrini rəhbər tutaraq, Lənkəran Rayon Məhkəməsinin 2(049)-307/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Halbuki “İcra haqqında” AR-nin Qanununun 23.1.2-ci maddəsində qeyd olunur ki, “borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda ” icra sənədini geri qaytarmaq üçün əsas yaradır. Lakin icra şöbəsində iş materialları ilə tanış olarkən icra məmurunun cavabdehin yaşayış ünvanına baxış keçirməsi barədə hər hansı bir aktı iş materiallarında görmədim, lakin qərarda qeyd edilir ki; “borclunun ünvan 1 ünvanda yaşamadığı müəyyən olundu”. Maraqlısı odur ki, borclu onunla divar qonşuluqda, 1 hasar qapı aralığında yaşayır, yəni ki, onun qapısından keçib, borclunun ünvanını axtarıb, lakin onun xəbəri olmayıb, bu həqiqətə heç uyğun gəlmir. Görünür şablon cümlə olaraq qərarında qeyd etmişdir. Hazırki iddialı cümləmdən sonra icra məmuru Elvin Babayev həmkarlarının iştirakı ilə köhnə tarixə akt tərtib edib, özünə bəraət qazandırmaq istəsə də, hesab edir ki, kiminsə qapısını döydüyünü güman etdiyi vətəndaşın və hal şahidlərinin imzasını həmin akta imzalatmaqda çətinlik çəkəcək! Qanunvericiliyin tələbinə görə icra məmuru 23.1.3-cü maddəsini tətbiq edərək, icra sənədini qaytararkən, “tələbkarın məsələyə münasibətini bilməli, eləcə də, izahatı alınmalı” idi. Qərarla və iş materialları ilə tanış olarkən heç bir izahatım olmadan icra sənədinin geri qaytarılmasının şahidi olmuşdur. Daha sonra qərarda “borclunun icra vərəqəsinə son münasibəti” barədə heç bir qeydin aparılmaması, icra məmuru Elvin Babayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz qərar qəbul etməsi qənaətindədir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Borclu Cavabdeh məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədəd rəsmi məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna məlumat verilsə də, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, şikayətə icra məmuru və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan qərar ləğv edilməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(049)-307/2024 nömrəli icra sənədinə əsasən borclu Cavabdeh 1675.41 manat pul vəsaiti və 37 manat ödənilmiş dövlər rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icra məmuru X5 xx.xx.2024-cü il tarixli qərarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh icra sənədində göstərilən ünvanına baxış keçirilmiş, onun həmin ünvanda olmaması müəyyən olunmuş, həmçinin, onun əmlak vəziyyətini müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində əmlak aşkar edilməmişdir.. İcra sənədinin icrası mümkün olmadığına görə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbinə əsasən icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 və 23.1.3-cü maddələrinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, qanunvericilikdə icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən bütün tədbirlər görüldükdən sonra, həmin tədbirlər nəticə vermədiyi hallarda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin qaytarılması nəzərdə tutulmuşdur. Maraqlı şəxs icra məmuru X5 10 oktyabr 2024-cü il tarixli qərarı və ona əlavə edilmiş sənədlərdən borclunun faktiki gəlirlərini və əmlak vəziyyətini müəyyən etmək üçün bütün zəruri tədbilərin görüldüyü, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan bütün prosedur qaydalarına tam şəkildə riayət olunduğu müəyyən edilmir. Eyni zamanda, qərardan aydın olur ki, borclu icra məmuru tərəfindən onun ünvanına baxış keçirilməsində də iştirak etməmişdir. Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(049)-307/2024 nömrəli nömrəli icra sənədi icra məmurunun icraatında olduğu müddət ərzində icra məmuru tərəfindən hansı icra tədbirlərinin həyata keçirilmiş olması, borclunun icra qurumuna dəvət edilib-edilməməsi və icra sənədinin icrası ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan məcburi icra tədbirlərinin görülməsi (borclunun məcburi gətirilməsi, onun inzibati məsuliyyətə cəlb edilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması və sair) ilə bağlı müvafiq sənədlər tam şəkildə qərara əlavə edilməmişdir. Göründüyü kimi, Maraqlı şəxs icra məmuru X5 10 oktyabr 2024-cü il tarixli qərarında qeyd edilən əsaslarla icra sənədinin məhkəməyə qaytarılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə, tədqiq olunmuş sübutları məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə araşdıraraq qərara gəlir ki, Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(049)-307/2024 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs icra məmuru X5 10 oktyabr 2024-cü il tarixli qərarı “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(049)-307/2024 nömrəli icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs icra məmuru X5 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(049)-307/2024 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №8(049)-385/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-385/2024
19.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver