Məhkəmə qərarları › İş №8(049)-430/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-430/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-430/2023 14.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi ilə, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-3458/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, 02 fevral 2023-cü il tarixli qərarla icraata başlanılan Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(049)-3458/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu cəmi 4168.83 manat borc və 61.68 manat dövlət rüsumu tutularaq “X4” QSC-nin hesabına ödənilməlidir. İcra sənədi üzrə borclu xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuş Lənkəran rayonu, Seydəkəran kəndində qeydiyyatda olan Borclu müvafiq bildirişlə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, lakin borclu könüllü icra üçün müəyyən olunmuş müddət ərzində icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu əmlak və gəlir vəziyyəti yoxlanılmış, lakin borcluda tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmşdir. Həmçinin icra sənədinə əsasən qəbul edilmiş icraata başlamaq haqqında qərar və bildiriş Borclu təqdim edilməsinə baxmayaraq Borclu, barəsində olan məhkəmə qərarının icrasını təmin etməmişdir. Odur ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış təqdimat vermiş şəxs Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsinin e-2(049)-3458/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 4168.83 manat məbləğində pul və 61.68 manat dövlət rüsumu alınaraq, tələbkar “X4” QSC-nin xeyrinə verilməsi qət olunmuşdur. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3458/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin Borclu ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3458/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri tədqiq edib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-3458/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası məqsədilə xx.xx.1993-cü il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuş, Lənkəran şəhəri, Lənkəran rayonu, Seydəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar