Məhkəmə qərarları › İş №8(049)-443/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №8(049)-443/2023

28.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 8(049)-443/2023 28.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat göstərilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən Borclu 4995.53 manat məbləğində pul vəsaiti ödənilmiş dövlət rüsumuna görə 69.96 manat tutularaq tələbkar "xxxx" QSC–nin xeyrinə ödənilməlidir. Borclu icra sənədinin tələbini tam təmin etmədiyi üçün məcburi icra tədbirlərinə başlanılmışdır.İcra sənədinin tələbini təmin etmək mümkün olmamışdır. Elektron icra informasiya sistemindən müəyyən edilmişdir ki, Borclu mülkiyyətində “KAMAZ” 53212”Yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət qeydiyatına alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədiylə hesab edirki ki,məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməsini yönəlməsi tələbinin həmin yönəldilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Borclu mülkiyyətində “KAMAZ” 53212” Yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş edilir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.1-ci maddəsində göstərilir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan və məhkəmədə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqinə əsasən Borclu 4.995.53 manat məbləğində pul vəsaiti ödənilmiş dövlət rüsumuna görə 69.96 manat tututularaq tələbkar "xxxx" QSC–nin xeyrinə ödənilməlidir. İş materiallarına olan və məhkəmədə araşdırılmış 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Şöbəsi tərəfindən hazırkı iş üzrə icraata başlanılmış və Borclu 10 gün müddətində icranı könüllü təmin etməyi təklif olunmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, xx.xx.2023-ci il tarixdə borcluya icra sənədinə əsasən yerinə yetirməli olduğu öhdəliyi bildirilməklə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron İcra” İnformasiya sistemindən çıxarışına əsasən Borclu mülkiyyətində olan “KAMAZ” 53212”Yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilli olması müəyyən edilmişdir. Məhkəmə borc məbləğini, həmin məbləğdən heç bir ödəniş edilməməsini, məhkəmə qərarının şərtsiz icra edilməsini nəzərə alaraq hesab edir ki, icra vərəqəsi üzrə Borclu mülkiyyətində olan “KAMAZ” 53212”Yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində Borclu mülkiyyətində “KAMAZ” 53212” yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar