Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 8(050)-160/2023 30.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Borclu xx xxxx 1988-ci ildə Masallı rayonu, St Masallı kəndində anadan olmuş, Masallı rayonu, Masallı qəsəbəsində qeydiyyatda olan) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Masallı Rayon İсra və Probasiya şöbəsinin icra məmuru Bəhruz İbayevin təqdimatına açıq məhkəmə iсlasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon İсra və Probasiya şöbəsinin icra məmuru Bəhruz İbayev təqdimatla məhkəməyə müraсiət edərək, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)- 1943/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-1943/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1571.63 manat əsas kredit borcu, 161.63 manat faiz borcu, cəmi 1733.26 manat borc, həmçinin 37.34 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Borclu 2(050)-1943/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə edilmiş xəbərdarlıqlara baxmayaraq, tələbi könüllü icra etməmiş və icranın təmin edilməsi istiqamətində heç bir hərəkət etməmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Onların gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından məhkəmə işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, icra sənədinin icrası təmin olmadığı təqdirdə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimat veriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Borclu barəsində olan elektron baza məlumatlarından çıxarışdan görünür ki, onun mülkiyyətində borcunun tutulmasına yönəldilə biləcək daşınar və daşınmaz əmlaklar mövcud deyildir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə iş materialları ilə sübut olunur ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Ona görə də təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxx 1988-ci ildə Masallı rayonu, St Masallı kəndində anadan olmuş, Masallı rayonu, Masallı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın iсrası Masallı Rayon İсra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №8(050)-160/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №8(050)-160/2023
30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver