Məhkəmə qərarları › İş №8(051)-1/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-1/2025

08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-1/2025 08.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Ərizəçi: X8 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə X2 məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(051)-63/2023 saylı qətnaməsi ilə borclu şəxslər X11 və Borclu2 2730 manat pulun 2022-ci ilin dekabr ayından 2023-cü ilin dekabr ayına indeksasiya edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 məhkəməyə ərizə təqdim edərək, 13 aprel 2023-cü il tarixdən 6 dekabr 2023-cü il tarixə qədər olan müddət ərzində 1670,47 mnat pulun indeksasiya edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(051)-63/2023 saylı qətnaməsi ilə borclu şəxslər X11 və Borclu2 2730 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırki müddətə qədər qətnamə icra olunmamışdır. Ancaq hesablanmış pul məbləği öz dəyərini dəfələrlə itirmişdir. Belə ki, o, əmlakını 2022-ci ildə qiymətləndirilməsini təqdim etdiyindən 2022-ci ildən 2023-cü ilə indeksasiya edilməsini istəyir. X4 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, indeksasiya tələb edərkən ona olan borc məbləğinin yüksələcəyini düşünərək məhkəməyə müraciət etmişdir. Hazırda ekspertiza tərəfindən verilən rəy ilə razı deyildir. Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. X2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı verdiyi izahatında məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Borclu X11 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında göstərmişdir ki, borcu vardır. Borcuna görə hər ay pensiyasından pul tuturlar. İndeksasiya ilə razı deyil. Məhkəmədən ərizənin rədd edilməsini xahiş edir. Borclular X9 və Borclu2 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclular son baxış məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərələrin izahatlarını, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(051)-63/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş və cavabdehlər Borclu2 və X5 müştərək qaydada, 1 ədəd 7 briliant qaşlı qızıl nişan üzüyünün dəyəri 450 manat, 1 ədəd ağ qaşlı sırğa-üzük dəstinin dəyəri 720 manat, 1 ədəd qızıl sep və bilərzik dəyəri 1080 manat, uşaq üçün 1 ədəd qızıl sepin dəyəri 360 manat, uşaq üçün 1 ədəd qızıl klonun dəyəri 120 manatdan ibarət qızıl əşyaları naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin qızıl-zinət əşyalarının ümumi dəyəri 2730 (iki min yeddi yüz otuz) manat alınıb iddiaçı X10 verilməsi, cavabdehlər Borclu2, X5 müştərək qaydada cehiz əşyalarından - 2 nəfərlik yataq üçün mexli ədyal, uşaq beşiyi, yataq mebel dəsti, 2 yastıq, ikinəfərlik döşək, uşaq beşiyi, uşaq döşəyi və yorğanı, pultlu çılçıraq naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin cehiz əşyalarının ümumi dəyəri 1310 (bir min üç yüz on) manat alınıb iddiaçı X10 verilməsi qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən X10 verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, borcluların Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 63/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə ödənilməmiş 1670.47 manat borcu qalmaqdadır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 9/382 nömrəli, 23 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsindən göstərilənlərə 13 aprel 2023-cü il tarixindən 06 dekabr 2023-cü il dekabr tarixədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə 1670,47 manat məbləğində pul vəsaitinin hesablanmış cari dəyəri belə 1670,47-21,72 (1670,47*1,3 %) = 1648,75 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Məhkəmə iş materiallarının tədqiqi nəticəsində müəyyən etdi ki, borclu tərəfindən tələbkara ödənilməli olan pul məbləği məhkəmə mühasibatlıq ekspertinin rəyinə əsasən inflyasiya proseslərinin mənfi təsirlərinə məruz qalmamışdır. Əksinə həmin müddətdən ərizəçinin məhkəməyə müraciət etdiyi dövrə qədər pul antiinflasiyaya uğramış və dəyəri artmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclu ödənilməli olan pul vəsaitini əsassız saxlamış, lakin həmin pul məbləği dəyər itirmədiyindən tələbkar həmin pul məbləğinin müvafiq indeksasiyasının qətnamə çıxarıldığı vaxtdan tam icra olunduğu müddətədək həyata keçirilməsini tələb etməkdə haqlı ol sa da ekspertiza rəyindən müəyyən olur ki, tələbkar borclunun hüquqa zidd hərəkətləri nəticəsində heç bir əlverişsiz vəziyyətə düşməmiş, yəni ödənilməli olan pul məbləğinin alıcılıq qabiliyyəti həmin vaxta münasibətdə aşağı düşmədiyindən, o, inflyasiyanın mənfi təsirinə məruz qalmamışdır. Belə olan halda ödənilməli olan pul məbləğinin indeksasiyasına ehtiyac yoxdur. Belə ki, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə görə indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, indeksasiya tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM–nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qeyd edir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 145 manat məbləğində pul X4ndan tutularaq dövlət büdcəsinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 231, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Mingəçevir Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(051)-63/2023 saylı qətnaməsi ilə borclu şəxslər X11 və Borclu2 13 aprel 2023-cü il tarixdən 6 dekabr 2023-cü il tarixə qədər olan müddət ərzində 1670,47 manat pulun indeksasiya edilməsi barədə ərizəsi rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olaraq 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə xərci X4ndan tutularaq dövlət büdcəsi hesabına keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar