Məhkəmə qərarları › İş №8(051)-101/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-101/2025

24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-101/2025 24.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1242/2024 saylı icra işi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 1242/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(051)-1242/2024 saylı icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Mingəçevir şəhər İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu məxsus əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və borclunun 1665 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya, həmçinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1242/2024 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il tarixdə doğulmuş Rəsul adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay 185 (bir yüz səksən beş) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1242/2024 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatdan görünür ki, borcluya icra sənədi könüllü müddət ərzində icra edilmədikdə məcburi icra tədbirlərin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti aşkar edilməmişdir. Təqdimata əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Borclu sərhədkeçmə məlumatlarından görünür ki, görülən tədbir Keç, sərhəddən çıxma tarixi xx.xx.2025-ci il, sərhəd Çıxış, Sərhədin portu Roma, X1 Beynəlxalq Aeroportunda DSBM göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, borcun könüllü icra edilməsi üçün bildiriş borcluya şəxsən verilməsinə baxmayaraq, borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Eləcə də Borclu tələbin yönəldilə biləcəyi əmlakı və pul vəsaiti müəyyən edilməmiş, həmçinin Borclu izahatı alınmış və borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi ona izah olunmuşdur. Ondan sonra borclu xx.xx.2025-ci il tarixdə ölkədən Roma şəhərinə getmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, borclunun ölkədən ketmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qərarının vaxtında və düzgün icra edilməsinə imkan verən hallara aiddir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-1242/2024 saylı icra sənədi icra olunanadək, xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar