Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-106/2023 29.08.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına yazılı icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən tələbin yönəldilə bilməsi üçün Borclu məxsus “BMW” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 105/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 32850 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188.55 manat məbləğində pulun alınaraq Tələbkar verilməsi nəzərdə tutulmuşdur. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “BMW” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Odur ki, məhkəmədən tələbin yönəldilə bilməsi üçün Borclu məxsus “BMW” minik markalı, **-KT- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-105/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu 32850 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188.55 manat məbləğində pulun alınaraq iddiaçı Tələbkar verilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “BMW 528İ” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. İşə əlavə edilmiş “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, “BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus “BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan, həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus, istehsal tarixi 2012-ci il olan, “BMW 528İ” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-106/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-106/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver