Məhkəmə qərarları › İş №8(051)-11/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-11/2024

22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-11/2024 22.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi katibliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin Əmlak üzərindən həbsin götürülməsi barədə təqdimatına məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhəri Məhkəməsinin 2(051)-1587/2022/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən mənəvi zərərə görə cavabdehlər Borclu və X1 10.000 (on min) manat məbləğində pulun alınıb iddiaçılar Tələbkar və X2 verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi Borclu icra sənədini könüllü olaraq icra etməməsini əsas tutaraq, ona məxsus istehsal tarixi 2017-ci il olan «VAZ 213100» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin və istehsal tarixi 2017-ci il olan ** ZC *** dövlət qeydiyyat nişanlı, M3CA markalı qoşqunun üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-93/2023 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu məxsus istehsal tarixi 2017-ci il olan «VAZ 213100» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin və istehsal tarixi 2017-ci il olan ** ZC *** dövlət qeydiyyat nişanlı, M3CA markalı qoşqunun üzərinə həbs qoyulmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-93/2023 saylı qərardadı ilə iş üzrə Borclu məxsus istehsal tarixi 2017-ci il olan «VAZ 213100» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin və istehsal tarixi 2017-ci il olan ** ZC *** dövlət qeydiyyat nişanlı, M3CA markalı qoşqunun üzərinə həbs qoyulmuşdur. Daha sonra borclular Borclu və X3 10.000 manat məbləğində pulu tam şəkildə tələbkarlar Tələbkar və X2 ödəmişlər. Odur ki, təqdimatın təmin edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1587/2022 saylı xx.xx.2022-cı il tarixli qətnaməsindən görünür ki, mənəvi zərərə görə cavabdehlər Borclu və X1 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul alınıb iddiaçılar Tələbkar və X2 verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(051)-93/2023 saylı qərardadından görünür ki, Borclu məxsus istehsal tarixi 2017-ci il olan «VAZ 213100» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin və istehsal tarixi 2017-ci il olan ** ZC *** dövlət qeydiyyat nişanlı, M3CA markalı qoşqunun üzərinə həbs qoyulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, borclular Borclu və X3 10.000 manat məbləğində pulu tam şəkildə tələbkarlar Tələbkar və X2 ödəmişlər. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədi üzrə icraata icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə xitam verilir. Təqdimata əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1587/2022 saylı xx.xx.2022-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata icra sənədi tam icra olunduqda xitam verilir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Borclu məxsus istehsal tarixi 2017-ci il olan «VAZ 213100» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil və istehsal tarixi 2017ci il olan ** ZC *** dövlət qeydiyyat nişanlı, M3CA markalı qoşqu həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus, istehsal tarixi 2017-ci il olan, «VAZ 213100» markalı, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobil və istehsal tarixi 2017-ci il olan, ** ZC *** dövlət qeydiyyat nişanlı, M3CA markalı qoşqu həbsdən azad edilsin. Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar