Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-116/2025 07.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Tələbkar, X2 və Nümayəndə iştirakı ilə X3 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X6 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 1 l:00-dan 13:00-dək, uşağın doğum günündə 12600-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ olmaqla qaydası dəyişdirilərək görüşün onun və hər dəfə psixoloqun iştirakı ilə təmin olunmaqla qətnamənin icra üsulunun dəyişdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin(hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051 )-234/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı uşağı ünsiyyətdə olmaq üçün hər ayın şənbə günləri saat 11:00-dan 13:00-dək, uşağın doğum günlərində 12:00dən 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, 2 saat, yəni həmin günlər 12:00-dən 14:00-dək anasının iştirakı olmadan görüş vaxtı müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051 )-234/2023 saylı əlavə qətnaməsi ilə ərizə ilə təmin edilmiş, iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı uşağı ilə Mingəçevir şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051 )-234/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş görüş yeri iddaçı Tələbkar yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhər A.Qurbanov küçəsi 9/7 saylı evdə müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 224/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Mingəçevir şəhər Məhkəmasinin (hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051 )-234/2023 saylı qətnaməsi eyni zamanda Mingəçevir şəhər Məhkəməsinin hakim Ələkbər Hüseynov) xx.xx.2023-cü il tarixli 2(051)-234/2023 saylı əlavə qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12600dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət 6(altı) ay ərzində ananın-cavabdeh X14 yəni onun iştirakı ilə müəyyən edilmişdir. Lakin Tələbkar tərəfindən uşaqla görüşdə sui-istifadə etmə halları olmuşdur. Çox vaxtı görüşə gəlmir. Lakin icra məmuru tərəfindən məqsəd yönlü olaraq guya onun tərəfındən qətnamənin icra edilməməsi qeyd olunur. Onun l4.05.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı autizm kanner sindiromu ilə xx.xx.2024-cü ildən Mingəçevir şəhər psixo-nevroloji dispanserdə qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar uşaq hec kimlə ünsiyyət qura bilmir. Tələbkar uşaqla ünsiyyət zamanı uşağın səhhətinə zidd hərəkətlər nəticəsində uşağ xəstələnmişdir. X5 əsasən ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili X26 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar etiraz ərizəsini belə əsaslandırmışdır ki, X4 ərizə ilə məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(107)- 224/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 16:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək, Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ olmaqla qaydası dəyişdirilərək görüşün ananın iştirakı olmaqla və hər dəfə psixoloqun iştirakı ilə təmin edilməsini xahiş etmişdir. Səbəb kimi isə qızı Mələyin Mingəçevir Şəhər Psixo- Nevroloji Dispanserində xx.xx.2024-cü ildən “autizm kanner" sindromu ilə psixiatrik müşahidəyə götürülməsini göstərmişdir. Hesab edir ki, ərizəçi (borclu) Qubaxanım Ələsgərovanın tələbi tamamilə qanunsuz və əsassızdır, təmin edilməməlidir. Belə ki, Şəki Apellasiya Məhkəməsinin 2(107)-224/2024 nömrəli qətnaməsinə əsasən, ona xx.xx.2022-ci il təvəllüdlü qızı Məliksoy Mələk ilə hər həftənin şənbə günü saat ll:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək. Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qətnamədə qət edilmiş uşaqla ünsiyyət ilk 6 (altı) ay ərzində ananın cavabdeh X8 iştirakı ilə müəyyən edilmişdir. Lakin, cavabdeh X14 xx.xx.2022-ci il təvəllüdlü övladı Mələk Məliksoyu heç bir üzrlü səbəb olmadan, qəsdən, ard- arda. yəni xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə razılaşdırılmış Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasına görüşə gətirməyərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 nömrəli qətnaməsini icra etməmiş, bu səbəbdən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən X10 xx.xx.2024-cü il tarixli 136412/2024-3-9-03 nömrəli yazılı xəbərdarlıq, xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Aktlar tərtib edilmiş və müvafiq protokol tərtib edilərək o, məhkəməyə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-792/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə X14 İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edildikdən sonra da yenə öz qanunsuz əməllərini davam etdirərək qızı Mələk Məliksoyu heç bir üzrlü səbəb olmadan, qərəzli olaraq, dalbadal, yəni xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixlərdə görüşə gətirməmiş və icra sənədini icra etməkdən boyun qaçırır və 19 dəfədir ki, uşağı görüşə qəsdən gətirmir. Onun bu qanunsuz hərəkətləri səbəbindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən ona bir daha xx.xx.2024-cü il tarixli 136412/2024-3-9-005 nömrəli və xx.xx.2024-cü il tarixli 136412/2024-3-9-003 nömrəli yazılı xəbərdarlıqlar və xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmişdir. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, X29 Apellyasiya Məhkəməsinin 2(107)- 224/2024 nömrəli qətnaməsini icra etmədiyi üçün mən 5 aydır ki, övladımla görüşə bilmirəm və onun haqqında heç bir məlumata malik deyil. X14 barəsində əvvəllər də oxşar əməllərinə görə Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixli 8(051)-37/2023 nömrəli qərardad qəbul edərək Qubaxanım Ələsgərova polis vasitəsilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilmiş və xəbərdarlıq edilmişdir. Bundan başqa, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşaqla görüş günü, yəni xx.xx.2024-cü il tarixdə X15 şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasına qızım Mələksiz, tək gəlmiş, uşağı görüşə gətirməmiş və şöbənin əməkdaşının yanında qətiyyətlə bildirmişdir ki, görüş üçün övladımı mənə verməyəcəkdir. Beləliklə, ali təhsilli, Yevlax rayonu Əcəmi kənd tam orta məktəbdə şagirdlərə dərs keçən, qanunun aliliyini dərk edən, şagirdlərə vətənpərvərliyi və qanunçuluğu təbliğ etməli olan Qubaxanım Ələsgərova özü Azərbaycan Respublikasının adından qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə və qətnamənin icrasından açıq-aşkar boyun qaçırmaqla məhkəmə aktına və icra məmurunun tələblərinə saymazlıq göstərir və onun AR Konstitusiyasında, Ailə qanunvericiliyndə təsbit olunmuş hüquqlarımı kobud surətdə pozur, valideynlik vəzifələrimi həyata keçirməyə maneələr yaradır və barəsində inzibati həbs tətbiq edilməyəcəyinə əmin olduğuna görə qanunlara əməl etmək ruhunda deyil. X18 uşağımla görüşə mane olmaq niyyətilə Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin uşaqla ünsiyyətə dair qətnaməsinin icrasına möhlət verilməsini xahiş etsə də, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. X12 qətnamə ilə müəyyən edilmiş hüququnun, yəni ananın iştirakı olmadan qızı Mələklə görüşməyinin qarşısının alınması, imkan verməməsi üçün hər cür bəhanələrə əl atır və çalışır ki, nəyin bahasına olursa olsun qızı ilə yalnız onun iştirakı ilə onun yanında görüşsün, eləcə də gedib restoranların birində birgə əyləşib uşaqla görüşümü həyata keçirsin. Bu isə nə qətnamənin tələbləri baxımından, nə də onun hazırkı ailə vəziyyəti baxımından mümkün deyil. O, 2025-ci ilin yanvar ayından rəsmi nikah bağlayaraq ailə qurmuş və ailəli bir şəxs kimi artıq ona yad olan Qubaxanım Ələsgərova ilə bir yerdə 2-3 saat uşaqla görüş müddətində birgə olmağı qəbuledilməzdir. Bundan başqa onunla bir yerdə olan vaxt dəfələrlə ona şər- böhtan atmış, ondan əsassız olaraq polisə və prokurorluğa Mingəçevir Şəhər İcra Hakimiyyətinə şikayətlər etmiş, lakin bu şikayətlərin hər biri rədd edilmişdir. Eyni zamanda gələcəkdə uşaqla ünsiyyətimə mane olmaq üçün, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə özünə mühafizə orderi almış, lakin şəhər icra hakimiyyətinin həmin qərarı Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. X15 şəhər İcra və Probasiya Şöbəsinin rəisi Eynur Babayevə yazdığı xx.xx.2024-cü il tarixli izahatında da qəti olaraq göstərmişdir ki, onun iştirakı olmadan uşaqla görüşməyinə razı deyil və icazə vermir. Halbuki, həmin vaxtlar qızı Mələyin “autizm kanner’7 sindromu ilə psixiatrik müşahidəyə götürülməsinə dair heç bir sənəd yox idi və sonradan onun xəbəri və razılığım olmadan bu sənədi yazdırmışdır. Bununla belə Mingəçevir şəhər X7 baş həkimi Şəmsinur Hüseynova ərizəsinə əsasən ona ünvanladığı 13 dekabr 2024-cü il tarixli 697 saylı məktubunda göstərir ki, uşağın anası X8 iştirakı olmadan ata qızı ilə görüşə bilər və onların ünsiyyətdə olması hər hansı bir mənfi təsir göstərə bilməz. MPM-nin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd etmək istəyir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsi ilə onun ananın iştirakı olmadan uşaqla ünsiyyət hüququm müəyyən edilmiş, bu hüquq qətnamənin nəticə hissəsinin ləğv olunmamış, ayrılmaz tərkib hissəsidir. Uşağın psixiatrik müşahidəyə götürülməsi heç də onun 2-3 saatlıq uşaqla sərbəst görüş hüququnu aradan qaldırmır və əgər məhkəmə öz qərardadı ilə ərizəni təmin edərsə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyətini dəyişmiş olur və bu prosessual qanunvericiliyin tələblərinə ziddir. Yəni məhkəmə qərardadı ilə qanuni qüvvəyə minmiş apellyasiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək ananın iştirakı ilə görüşün müəyyən edilməsinə dair mahiyyətcə yeni məhkəmə aktı qəbul edilmiş olur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, X23 rayonu Əcəmi kənd orta məktəbində müəllim işləyir və uşağı saatlarla kənar şəxslərin-xalasının, dayısının yanında qoyub gedir. Halbuki, uşağa münasibətdə mənim ata kimi başqa şəxslərə nisbətən üstünlük hüququm var, eləcə də ana ilə bərabər hüquq və vəzifələrim var. Mən valideynlik (atalıq) hüququndan məhrum edilməmişəm, dövlət orqanında dövlət qulluğundayam. iş yeri üzrə müsbət xarakterizə olunuram, aliment öhdəliklərimi pozmuram və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş “ananın iştirakı olmadan' uşağımla ünsiyyətimin uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, əxlaqi inkişafına zərər verə bilməklə həyata keçirilməsinə dair hər hansı qanuni əsas, hətta cüzi belə səbəb yoxdur. Tələbkar məhkəmə iclası zamanı əsasən etiraz ərizəsinə uyğun zahat verərək ərizənin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Qaçqınların və X25 Üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 şəhəri Ş.İ.Xətai küçəsi ev 12 mənzil 39 ünvanda yaşayır. İşin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 145 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X31 autizmi kanner sindromu psixoloji inkişafın ümumi pozğunluğu diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.2022-ci il tarixdə Tələbkar və X9 birgə nikahlarında doğulmuşdur. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X8 nümayəndəsi və vəkili X27 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(051)-234/2023 saylı qətnaməsi, eyni zamanda həmin məhkəmənin 09 iyun 2023-cü il tarixli, 2(051)- 234/2023 saylı əlavə qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilmişdir. İddiaçı Tələbkar xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət ilk 6 (altı) ay ərzində ananın – cavabdeh X8 iştirakı ilə müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X8 nümayəndəsi və vəkili X27 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(051)-234/2023 saylı qətnaməsi, eyni zamanda həmin məhkəmənin 09 iyun 2023-cü il tarixli, 2(051)-234/2023 saylı əlavə qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia qismən təmin edilmişdir. İddiaçı Tələbkar xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət ilk 6 (altı) ay ərzində ananın – cavabdeh X8 iştirakı ilə müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Qətnamə belə qət edilmişdir. İşin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X10 göndərilmiş inzibati xəbərdarlıqdan görünür ki, ilkin iddia üzrə X5 xx.xx.2024-cü il tarixdə saat 11:00-dan saat 13:00-dək Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin edilməsini tələb etmişdir. Gəlməyəcəyi təqdirdə polis orqanları vasitəsilə məcburi gətirilməsi barədə təqdimat veriləcəyi və ya barəsində axtarış veriləcəyi diqqətinə çatdırılmışdır. İşin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X10 göndərilmiş inzibati xəbərdarlıqdan görünür ki, ilkin iddia üzrə X5 xx.xx.2024-cü il tarixdə saat 11:00-dan saat 13:00-dək Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin edilməsini tələb etmişdir. Gəlməyəcəyi təqdirdə polis orqanları vasitəsilə məcburi gətirilməsi barədə təqdimat veriləcəyi və ya barəsində axtarış veriləcəyi diqqətinə çatdırılmışdır. İşin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X10 göndərilmiş inzibati xəbərdalıqdan görünür ki, ilkin iddia üzrə X5 xx.xx.2024-cü il tarixdə saat 11:00-dan saat 13:00-dək Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin edilməsini tələb etmişdir. Gəlməyəcəyi təqdirdə polis orqanları vasitəsilə məcburi gətirilməsi barədə təqdimat veriləcəyi və ya barəsində axtarış veriləcəyi diqqətinə çatdırılmışdır. İşin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-183/2024, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X8 Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-224/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə, borclunun və tələbkarın izahatını ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Mingəçevir şəhər X7 baş həkimi Şəmsinur Hüseynovanın 13 dekabr 2024-cü il tarixli 697 saylı məktubunda qeyd olunmuşdur ki, uşağın anası X8 iştirakı olmadan ata Tələbkar qızı ilə görüşə bilər və onların ünsiyyətdə olması hər hansı bir mənfi təsir göstərə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hazırki iş üzrə qətnamənin icra üsulunun dəyişdirilməsini əsassız sayır. İşin faktiki hallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsilə, iddiaçı Tələbkar xx.xx.2022-ci il təvəllüdlü Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 11:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ verilmişdir. Qətnamədə göstərilmiş ünsiyyət ilk 6 (altı) ay ərzində ananın – cavabdeh X8 iştirakı ilə müəyyən edilmişdir. Hazırkı halda ərizəçi öz ərizəsində l4.05.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı autizm kanner sindiromu ilə xx.xx.2024-cü ildən Mingəçevir şəhər psixo-nevroloji dispanserdə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar heç kimlə ünsiyyət qura bilməməsini və tələbkarın uşaqla ünsiyyət zamanı uşağın səhhətinə zidd hərəkətlər nəticəsində uşağın xəstələnməsinə əsaslanaraq ünsiyyətin onun və psixoloqun iştirakı ilə aparılmasını xahiş etsə də, borclu tərəfindən verilmiş Mingəçevir şəhər X7 baş həkimi Şəmsinur Hüseynovanın 13 dekabr 2024-cü il tarixli 697 saylı məktubunda qeyd olunmuşdur ki, uşağın anası X8 iştirakı olmadan ata Tələbkar qızı ilə görüşə bilər və onların ünsiyyətdə olması hər hansı bir mənfi təsir göstərə bilməz. Belə olan halda qətnamənin icra üsulunun dəyişdirilməsinə əsas yoxdur, belə ki, atanın uşaqla ananın və psixoloqun iştirakı ilə olmadan görüşməsi, uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə bilməsi halı müəyyən olunmur. Belə ki, Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” “28” oktyabr 2011-ci il tarixli, 6/2011 №li qərarından görünür ki, 2.7. Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icranın mərhələli şəkildə həyata keçirilməsini ehtiva edən icra qaydası və müddətini göstərməlidirlər. Plenum qeyd edir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. Göründüyü kimi hazırda qeyd olunan qətnamənin icra üsulunun dəyişdirilməsi üçün kifayət qədər əsaslar mövcud olmadığından məhkəmə hesab edir ki, X11 ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-224/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş iddiaçı Tələbkar xx.xx.2022-ci il tarixdə doğulmuş Mələk adlı qızı ilə hər həftənin şənbə günü saat 1 l:00-dan 13:00-dək, uşağın doğum günündə 12:00-dan 15:00-dək və Yeni il bayramında 1 gün və Novruz bayramında 1 gün olmaqla, həmin günlər saat 12:00-dan 14:00-dək ünsiyyətdə olmaq hüququ olmaqla qaydası dəyişdirilərək görüşün onun iştirakı olmaqla və hər dəfə psixoloqun iştirakı ilə təmin edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-116/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-116/2025
07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver