Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-120/2025 12.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi, Borclu: X4, Tələbkar: Tələbkar iştirakı ilə, X1 Mingəçevir Şəhər məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(051)-1290/2024 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hazırda X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(051)-1290/2024 saylı qətnaməsinin hər ay 50 olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər məhkəməsinin 05 avqust 2024cü il tarixli, 2(051)-1290/2024 saylı qətnaməsi üzrə Mənəvi zərərə görə ondan iddiaçı Tələbkar 300 manat məbləğində pul alınıb verilməsi, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi cavabdehdən ona, yəni X3 alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətanmə qanuni qüvvəsini almış və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin məbləği tam şəkildə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bildirir ki, epilepsiya xəstəsidir və hal-hazırdada hamilədir. Müəyyən olunmuş pul məbləği onun və ailəsinin ağır olan maddi vəziyyətini daha da ağırlaşdırıb. Heç bir əmlakı yoxdur ki, onu satıb qətnamə ilə müəyyən edilmiş borcunu ödəsin. Ona görə də Mingəçevir Şəhər məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(051)- 1290/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə məhkəmədən xahiş edir. X2 ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Qətnamənin hissə-hissə icra edilməsinə qəti surətdə razı deyildir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişlər. İşdə olan Mingəçevir Şəhər məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(051)- 1290/2024 saylı qətnaməsinin surətindən görünür ki, Mənəvi zərərə görə ondan iddiaçı Tələbkar 300 manat məbləğində pul alınıb verilməsi, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi cavabdehdən, yəni X3 alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(051)-1290/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş cəmi 300 (üç yüz) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun hissə-hissə ödənilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən və tələbkarın borcun hissə-hissə ödənilməsinə dair razılıq ərizəsi olmadığından əksinə məhkəmə iclası zamanı hissə-hissə ödənişə arşı olduğunu bildirdiyindən ərizə təmin edilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(051)-1290/2024 saylı qətnaməsinin hissə-hissə ödənilməsinə dair razılıq verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-120/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-120/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver