Məhkəmə qərarları › İş №8(051)-121/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-121/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-121/2023 28.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Tələbkar X1 iştirakı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-802/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-802/2022 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X6 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X3 400 manat dəyərində, 50 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan tros sep, 800 manat dəyərində, 10 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan klon, 4800 manat dəyərində, 60 qram çəkidə, 583 əyarlı, Rusiya istehaslı olan enli toxunma bilərzik, 800 manat dəyərində, 10 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan gül formasında, ağqaşlı enli nişan üzüyü, 400 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan qaşsız sadə formalı tək üzük, 1960 manat dəyərində, 24.5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan yaşıl qaşlı gül formalı üzük-sırqa komplekti, 720 manat dəyərində, 9 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan kolye sep, 640 manat dəyərində, 8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan tros formalı bilərzik, 800 manat dəyərində, 10 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan tros formalı bilərzik, 400 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd halqa formalı sırqa, 327 manat dəyərində, 4.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan Nəbi adı yazılı bismak formalı bilərzik, 400 manat dəyərində, 5 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bismak formalı qız uşağı üçün bilərzik, 44 manat dəyərində, 0.55 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan bir ədəd halqa formalı uşaq sırqası, 304 manat dəyərində, 3.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd aypara formalı uşaq sırqası, 320 manat dəyərində, 4 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd meduza formalı ağ qaşlı tək üzük, 344 manat dəyərində, 4.3 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd uzunsov formalı ağ qaşlı tək üzük, 480 manat dəyərində, 6 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan bir ədəd tarakan formalı yaşıl qaşlı tək üzük, 252 manat dəyərində, 2.8 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd tək ağ mirvari qaşlı üzük, 240 manat dəyərində, 3 qram çəkidə, 583 əyarlı, Rusiya istehsalı olan bir ədəd səkkiz rəqəminə bənzər ağ qaşlı tək üzük, 320 manat dəyərində, 4 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan bir ədəd gül formalı tək üzük və 640 manat dəyərində, 8 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan bir ədəd nazik toxunuşlu sepdən ibarət qızılzinət əşyalarının özü və ya onların dəyərinin alınıb iddiaçı Tələbkar verilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olan 147 (yüz qırx yeddi) manat pul alınıb iddiaçıya verilməsi, vəkilin göstərdiyi yardıma görə qonar kimi ödənilmiş 200 (iki yüz) manat məhkəmə xərci cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmiş, qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2022-ci il tarixli 2(051)-802/2022 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin hissə-hissə ödəməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (051)-802/2022 saylı icra vərəqəsinə əsasən ümumilikdə 15738 (on beş min yeddi yüz otuz səkkiz) manat məbləğ ondan tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd edilən icra vərəqəsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və müvafiq icra hərəkətləri aparılmışdır. O, hazırda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında xadimə olaraq çalışır. Cəmi 360 manat əmək haqqı alır. Əlavə gəlir yeri yoxdur. Həyat yoldaşı əlildir. Aldığı əmək haqqı ilə aylıq dolanışıqlarını çox çətinliklə qarşılayırlar. Eyni zamanda iddiaçı keçmiş gəlinidir. Hazırda eyni həyətdə oğluna məxsus mənzildə yaşayır. Gəlini və nəvələrinin rahatlığı üçün xx.xx.2022-ci il tarixdə “Bank Respublika”dan 31090***-*******02L saylı kredit müqaviləsi üzrə 3583,00 manat məbləğində istehlak krediti əldə edərək iddiaçının hazırda yaşadığı evə mətbəx mebeli hazırlatmışdır. Bunu mebel hazırlayan ustalar da təsdiq edə bilər. Həmin kredit hələ də tərəfindən aylıq 100 manat olmaqla ödənilir. 2023-cü il üzrə əmək qabiliyyətli şəxslər üçün yaşayış minimumu 261 manat təşkil edir. Kredit ödənişindən sonra ona qalan vəsait 260 manat təşkil edir ki, bununla da əlil olan həyat yoldaşının və özünün aylıq təminatını, həmçinin həyat yoldaşı və özü üçün dərman vasitələrinin alınması demək olar ki, mümkün olmur. Yuxarıda qeyd edilən səbəblərdən Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2 (051)-802/2022 saylı icra sənədini bir dəfəyə icra edə bilmir. İcra məmuru tərəfindən ona bildirilmişdir ki, əgər icra sənədini yenidən icra edə bilməsə, barəsində daha ciddi tədbir görüləcəkdir. Lakin aşkardır ki, hazırki vəziyyətdə o, icra sənədini bir dəfəyə icra etmək iqtidarında deyildir. Bunlara əsasən maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq çətinliklə də olsa, aylıq 100 manat ödəməyi mümkündür. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2 (051)-802/2022 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, qətnamədə göstərilən qızıl-zinət əşyalarını hissə-hissə verməmişdir. Ona görə də X5 borclu olduğu məbləği hissə-hissə ödəməsinə razı deyildir. Borclu ödəniş etməkdən yayınır. Eləcə də borclunun təklif etdiyi məbləğ işin həqiqi hallarına uyğun deyildir. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, 15738 manat məbləğində pulun hər ay 100 manat məbləğində hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-802/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar