Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-122/2025 13.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva X5 Bəhruz İdris oğlu tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər İcra və Probasiya X1 ərizəsi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli ərizədə tələbkar X2 atası və nümayəndəsi olduğunu göstərərək borclu X3 qarşı aliment tələbindən imtina etməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərkən müəyyən etmişdir ki, tələbkarın nümayəndəsi tərəfindən verilmiş ərizəyə həmin nümayəndəyə səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Hesab olunur ki, tələbkarın nümayəndəsi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Tələbkarın nümayəndəsinə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 aliment tələbindən imtinaya dair ərizəsi geri qaytarılsın. Tələbkarın nümayəndəsinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №8(051)-122/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-122/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver