Məhkəmə qərarları › İş №8(051)-123/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-123/2022

29.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-123/2022 29.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir şəhər məhkəməsinin 2(051)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər məhkəməsinin 2(051)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən əsasən tələbkarlar Tələbkar1, X4, X2, Tələbkar2 və X1 şəhərinin Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinə köçürülməi nəzərdə tutulmuşdur. İş üzrə tələbkarlar Tələbkar1 və Tələbkar2 ərizə ilə Mingəçevir şəhər İcar və Probasiya şöbəsinə müraciət edərək Borclu ilə öz aralarında razılığa gələrək Mənzildən istifadə hüququnun və köçürülməsinin tələb etmədiyini Mingəçevir şəhər məhkəməsinin 2(051)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin onlara aid hissədə iddiadan imtina olunmasını xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədov məhkəməyə təqdimatla müraciət edərək, Mingəçevir şəhər məhkəməsinin 2(051)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkarlar Tələbkar1 və Tələbkar2 tələbdən imtinası əlaqədar icra vərəqəsi üzrə başlanmış icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş, Mingəçevir şəhər məhkəməsinin 2(051)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən əsasən tələbkarlar Tələbkar1, X4, X2, Tələbkar2 və X1 şəhərinin Nizami küçəsi 8 saylı evin, 3 saylı mənzilinə köçürülməi nəzərdə tutulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə məhkəmə icraçısının təqdimatı əsasında Azərbaycan Respublikası MPM-in 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Mingəçevir şəhər məhkəməsinin 2(051)-57/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkarlar Tələbkar1 və Tələbkar2 aid hissədə icra sənədinin icraatına xitam verilsin. Qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM : ƏLƏKBƏR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar