Məhkəmə qərarları › İş №8(051)-123/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-123/2024

16.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-123/2024 16.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə Tələbkar və Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsi ilə iddiaçı Tələbkar hər həftənin şənbə günü saat 14:00-dan 18:00- dək, bazar günü saat 10:00dan 14:00-dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək uşaqları 06 sentyabr 2016cı il təvəllüdlü X3 və 17 avqust 2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. Hazırda ərizəçi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru , İİ ədliyyə qulluqçusu Orxan Babayev ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar hər həftənin şənbə günü saat 14:00- dan 18:00-dək, bazar günü saat 10:00-dan 14:00-dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək uşaqları xx.xx.2019-cı təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilmişdir. İcra vərəqəsi şöbənin icraatına daxil olduqdan sonra, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir, həmçinin borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə bir necə dəfə tələbkarın uşaqları ilə ünsiyyətdə olmaq üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində görüşlər keçirilmiş, bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Görüş zamanı tələbkar dəfələrlə Banu və Zahid adlı uşaqları ilə İcra Şöbəsinin inzibati binasından kənar və ananın iştirakı olmadan görüşlərin keçirilməsini xahiş etmişdir. Lakin borcu qəti olaraq tələbkarın uşaqlarla görüşü icra məmurunun iştirakı ilə və ancaq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasında keçirilməsinə razılıq vermişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar hər həftənin şənbə günü saat 14:00-dan 18:00-dək, bazar günü saat 10:00-dan 14:00dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək Zahid və Banu adlı uşaqları ilə görüş vaxtı müəyyən edilmişdir. Həmin icra vərəqəsində tələbkarın uşaqlarla görüş üçün yer və yaxud məkan, görüş ananın iştiraki ilə keçirilib keçirilməməsi göstərilməmişdir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023-cü il tarixli icra sənədinə izah verilməsi zərurəti yaranmışdır. Odur ki, ərizənin təmin edilməsi xahiş olunur. Tələbkar məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Borclu etibarnamə üzrə nümayəndəsi və vəkili X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, qətnamənin izah olunmasına zərurət yoxdur. Məhkəmə ərizənin dəlillərini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, qərardada izah verilməsindən imtina olunmalıdır. Belə ki, işə əlavə olunmuş 09 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən Tələbkar hər həftənin şənbə günü saat 14:00-dan 18:00- dək, bazar günü saat 10:00-dan 14:00-dək, bayram və ad günlərində saat 10:00-dan 14:00-dək uşaqları 06 sentyabr 2016-cı il təvəllüdlü X3 və 17 avqust 2019-cu il təvəllüdlü X4 ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtı müəyyən edilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(040)-137/2023 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin sürətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü olaraq icra etmək üçün Borclu 10 gün müddətinə qədər vaxt verilib. Belə ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru , İİ ədliyyə qulluqçusu Orxan Babayev tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə xx.xx.2016-cı il tarixdə doğulmuş Zahid və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları ilə görüş vaxtı ərizəçinin istədiyi görüş yerində yəni, İcra şöbəsinin inzibati binasından kənar ananın iştirakı olmadan görüşməsini xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə qətnamə qəbul edərkən, hazırki iş üzrə olan ərizəçi, məhkəmədə qaldırdığı iddia tələbinə əsasən yəni müəyyən edilmiş vaxtlarda görüş hüququnun müəyyən edilməsi qərara alınaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Zahid və xx.xx.2019-cu il təvəllüdlü Banu adlı uşaqları ilə görüşün vaxtı qətnamə ilə müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edən zaman nəyi zəruri saymışsa, həmin halın həddini müəyyən etmişdir. Lakin Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən görüş yerinin müəyyən edilməsini və uşaqlarla görüşün ananın iştirakı olmadan təmin edilməsini iddia ərizəsində məhkəmədən xahiş etməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, ərizəçi həmin halı zəruri hesab etməmişdir. Belə olan halda ünsiyyət hüququnun İcra şöbəsinin inzibati binasından kənar və ananın iştirakı olmadan görüşün həyata keçirilməsi məhkəmə tərəfindən müəyyən edilə bilməz. Göründüyü kimi hakim tərəfindən prosessual qanunvericilikdə də qeyd edildiyi kimi ərizəçinin verdiyi tələb üzrə qətnamə çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş tələb üzrə tam və aydın şəkildə yazılmış, həmçinin qətnamənin nəticə hissəsində heç bir anlaşılmayan ifadə işlədilməmişdir. Belə olan halda qərardadın izah edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən qətnamə verilmiş tələb üzrə çıxarıldığından və qətnamədə anlaşılmaz ifadə və söz birləşməsindən istifadə edilmədiyindən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsinin izah edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 230–cu maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Ərizə təmin edilməsin. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X6 Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-137/2023 saylı qətnaməsinin izah edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar