Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-124/2024 18.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Tələbkar: X6 Borclu: X4 iştirakı ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra sənədi ilə əlaqədar icra məmuru Ruqiyə Şərifovanın mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra sənədi ilə ondan müxtəlif ev əşyaları və ya dəyəri alınaraq iddiaçı X8 verilməli idi. Sözügedən qətnamə ilə müəyyən olunmuş bütün əmlaklar verilmiş, yalnız dəyəri 2000 manat olan yataq dəsti qalmışdır. Sözügedən yataq dəsti ona məxsus evdədir və tam işlək vəziyyətdədir. Lakin tələbkar sözügedən mebeli götürmək istəmir və yalnız əsassız mübahisə yaradır. Bunun səbəbi mebelin yararsız olması deyil, ondan həmin əmlakın pulunu almaqdır. Bundan əlavə sözügedən icra sənədinin icrası ilə əlaqədar mütəxəsis rəyinin alınması üçün Mobil MMC-yə göndərilməsini tələbkar israrla bildirir. Bunun bir səbəbi var, lakin icra məmuru qərəz edərək sənədi elə həmin mütəxəsissə göndərir. Belə olan halda mütəxəsis tam bitərəf şəxs olmalıdır. Onun tərəfindən mebelin foto şəkilləri əlavə edilmiş və sözügedən mebelə baxış keçirilməsini xahiş edir. Mütəxəsis rəyindənsə ekspert rəy verməli və ekspert öz rəyinə görə məsuliyyət daşıyacaqdır. Ona görə də hesab edir ki, işin yenidən araşdırılması mütləqdir və qərar ləğv edilməlidir. Odur ki, məhkəmədən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərara əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra sənədinin icrası məqsədi ilə 2000 manat dəyərində olan mebelin yararlı və ya yararsız olmasını müəyyən etmək üçün mütəxəssisin iştirakı zərurəti yaranmışdır. Həmin icra sənədinin icrası ilə əlaqədar mütəxəssis dəvət edilməsi, icra sənədində göstərilən əmlak mütəxəssis tərəfindən yararlı və ya yararsız olması müəyyən edilməsi qərara alınmışdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X3 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra sənədinin icrası ilə əlaqədar mütəxəssis dəvət edilməsi, icra sənədində göstərilən əmlak mütəxəssis tərəfindən yararlı və ya yararsız olması müəyyən edilməsi qərara alınmışdır. Şikayətin dəlillərini qəbul etmir. Odur ki, şikayətin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, şikayətin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra sənədinin icrası məqsədi ilə 2000 manat dəyərində olan mebelin yararlı və ya yararsız olmasını müəyyən etmək üçün mütəxəssisin iştirakı zərurəti yaranmışdır. Həmin icra sənədinin icrası ilə əlaqədar mütəxəssis dəvət edilməsi, icra sənədində göstərilən əmlak mütəxəssis tərəfindən yararlı və ya yararsız olması müəyyən edilməsi qərara alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Həmin Qanunun 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. Göründüyü kimi borclunun şikayətində göstərdiyi tələbkarın əsassız mübahisə yaratması, icra məmurunun qərəzli olaraq sözügedən icra sənədinin icrası ilə əlaqədar mütəxəsis rəyinin alınması üçün Mobil MMC-yə göndərilməsi ilə bağlı hallar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, borclu bu halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-293/2024 saylı icra sənədinin icrası məqsədi ilə 2000 manat dəyərində olan mebelin yararlı və ya yararsız olmasını müəyyən etmək üçün mütəxəssisin iştirakı zərurəti yaranmışdır. Həmin icra sənədinin icrası ilə əlaqədar mütəxəssis dəvət edilməsi, icra sənədində göstərilən əmlak mütəxəssis tərəfindən yararlı və ya yararsız olması müəyyən edilməsi qərara alınmışdır. Həmin qərarda Mobil MMC-dən mütəxəssis dəvət edilməsi ilə bağlı göstəriş öz əksini tapmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, borclunun şikayət ərizəsində istinad etdiyi dəlillər əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-124/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-124/2024
18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver