Məhkəmə qərarları › İş №8(051)-124/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-124/2025

21.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-124/2025 21.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X1 məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 Şəhər məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-204/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə iddiaçı X7 ödənməli pul məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-204/2023 saylı qətnaməsinə əsasən, Borclu 4400 manat pul alınaraq ona - X7 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir Şəhəri İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borcluya qanunda nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası üçün bildiriş verilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən tələbi, yəni tələbkara verilməli olan pul məbləğini hazırkı vaxta qədər ödəməmişdir. Halbuki, onun borcluya pul verdiyi vaxtdan 4 il müddət keçmiş və həmin müddət ərzində ona verilməli olan pul məbləği dəyərini dəfələrlə itirmişdir. Borclunun qətnaməni vaxtında icra etməməsi onun hüquqlarını pozmuşdur. Ona görə də məhkəmədən qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin indeksasiyası edilməsini istəyir. X2 nümayəndəsi və vəkili X9 əvvəlki məhkəmə iclasında verdiyi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–in 232.2–ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə pul məbləğinin indeksasiyasına dair ərizəni, ekspert rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-204/2023 saylı xx.xx.2023-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 4400 manat məbləğində pulun alınıb X7 verilməsi müəyyən edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 128093/2023-3-14 saylı arayışda, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-204/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 2850 manat məbləğində borcunun qaldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3314 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla 2023-cü ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək olan müddət ərzində 4400 manatın ölkədə mövcud olmuş inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya məbləği 4747,6 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, qüvvədə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-204/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə Borclu X1 xeyrinə tutulmalı olan 4400 manat məbləğində pul 4747,6 manat məbləğinə indeksasiya olunmalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat pul borcludan alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 232, 263, 264, 266– 268–ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-204/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədi üzrə Borclu X2 xeyrinə tutulmalı olan 4400 manat məbləğində pul indeksasiya olunaraq 4747,6 manat məbləğində müəyyən edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar