Məhkəmə qərarları › İş №8(051)-125/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-125/2022

30.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-125/2022 30.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 və Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimata baxaraq Müəyyən etdi : Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Ruqiyə Şərifova Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Ruqiyə Şərifova izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-165 saylı, 06 yanvar 2012-ci il tarixli icra vərəqəsinə əsasən Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 50 manat məbləğində alimentin alınıb Tələbkar verilməlidir. Borclu icra sənədi üzrə tələbin ödənilməsi üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, borcunu ödəməkdən boyun qaçırmış, alimenti ödəməmiş, 9800 manat aliment borcu yaranmışdır. Borclu ölkəni tərk etmək ehtimalı var. Ona görə də Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması xahiş olunur. Borclu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2012-ci ildən Rusiya Federasiyasında yaşayır, həmin gündən Azərbaycana ümumiyyətlə gəlməmiş, lakin imkanı çatan qədər övladlarına maddi yardım etmişdir. Tələbkara 9800 manat bocu yaranıb, həmin borcu tam şəkildə ödəməyə imkanı yoxdur, aliment borcunu hissə-hissə ödəyəcəkdir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, Borclu məhkəmənin qərarını icra etməkdən boyun qaçırmış, heç bir ödəniş aparmamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı : Təqdimat təmin olunsun. xx xxxx 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi A-109 ünvanda yaşayan Borclu aliment borcu ödənilənədək ölkədən getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar