Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-129/2022 10.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babyeviun təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi salanması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkart Tələbkar verilmə qət edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi Eynur Babayev təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 466/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi salanması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilmə qət edilmişdir. xx.xx.1983-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu icra sənədi üzrə tələbin könüllü olaraq icra edilməsi üçün bildiriş edilmiş, ona icra sənədinin icrasının məcburiliyi diqqətinə çatdırılmış, qanunla müəyyən olunmuş vaxt ərzində cəmi iyun ayı 2022-ci il daxil olmaqla 1380 manat borcun ödənilməməsinə görə barəsində məcburi icra və məsuliyyəti tənbeh tədbirləri görüləcəyi barədə xəbardarlıq edilmişdir. Borclunun gələcəkdə dövlət sərəhdini keçib ölkəyə qayıtmamaqla məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədini icra etmədən ölkə hüdudlarını tərk etmək ehtimalının olmasını nəzərə alaraq icra işi üzrə yaranmış borc tam şəkildə ödənilib qurtaranadək iş üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Ona görə də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu, tələbkar və icra məmuruna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatana kimi salanması üçün cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkart Tələbkar verilmə qət edilmişdir. Təqdimata əlavə olunmuş 29 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(051)-466/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunubolunmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru təqdimata borcun könüllü icra edilməsi üçün bildirişin və xəbərdarlıqların göndərilməsinə baxmayaraq borclu qərəzli olaraq icra sənədini icra etməkdən yayınmışdır. Həmçinin Borclu izahatı alınmış və borcunu ödəməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsi ona izah olunmuşdur. Lakin Borclu məhkəmə iclasına gəlməmiş və icra sənədini hansı səbəbdən üzürsüz icra etməməsi barədə məlumat verməmişdir. İcra haqqında” Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Mingəçevir şəhəri F.Əzimov küçəsi 33 mənzil 15 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-466/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №8(051)-129/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-129/2022
10.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver