Məhkəmə qərarları › İş №8(051)-129/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-129/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-129/2023 13.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1587/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə borclular Borclu1 və Borclu2 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1587/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclular Borclu1 və Borclu2 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1587/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 10000 (on min) manat borc alınaraq tələbkarlar Tələbkar və X2 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular Borclu1 və Borclu2 icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilərək borclular Borclu1 və Borclu2 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Ona görə də borcluların Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1587/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Borclu1 və Borclu2 üzərinə iddiaçılar Tələbkar və X1 yazılı qaydada üzr istəmək vəzifəsi qoyulması, mənəvi zərərə görə cavabdehlər Borclu2 və Borclu1 10.000 manat məbləğində pul alınıb iddiaçılar Tələbkar və X2 verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borclulara bildirilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1587/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borcluların icra sənədinin icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 və Borclu2 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Məhkəmə Azərbaycan Respublikası MPM–in 159-160, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan borclular Borclu1 və Borclu2 məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar