Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-130/2022 05.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişyeva Aləmzar Həmid qızının katibliyi ilə Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına baxaraq Müəyyənetdi: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru Sənan Hacıməmmədov Borclu icra və probasiya şöbəsinə məcburi gətirməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2-664 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment alınıb X2 ödənilməlidir. Borclu aliment borcun ödənilməsi üçün rəsmi inzibati xəbərdarlıq məktubunu qəbul etməsinə baxmayaraq tələbi icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir şəhər İcra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də Borclu Mingəçevir şəhər icra və probasiya şöbəsinə məcburi gətirilməsi üçün qərar verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2(051)-664/2019 №-li 25 fevral 2019-cu il tarixli icra vərəqindən görünür ki, 08 yanvar 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120(bir yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay cavabdeh Borclu tutularaq, iddiaçı X2 verilməlidir. İşdə olan Borclu ünvanına göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, ondan icra sənədini icra etmək tələb olunur. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışına gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. ünvan 1 ünvanda yaşayan borclu Hacıyev X5 şəhər icra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Mingəçevir şəhər Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №8(051)-130/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-130/2022
05.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver