Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-134/2024 02.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1341/2022 saylı icra işi üzrə Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1341/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1341/2022 saylı qətnaməsi ilə cavabdeh Borclu 5764.25 (beş min yeddi yüz altmış dörd manat, iyirmi beş qəpik) manat əsas, 957.5 (doqquz yüz əlli yeddi manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 6721.75 (altı min yeddi yüz iyirmi bir manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulub iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmiş, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmiş, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 87.21 (səksən yeddi manat, iyirmi bir qəpik) manat məbləğində pul alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclası zamanı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatın dəlillərini müdafiə edərək təmin edilməsini və Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borcluya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, tələbkarın və borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1341/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 5764.25 (beş min yeddi yüz altmış dörd manat, iyirmi beş qəpik) manat əsas, 957.5 (doqquz yüz əlli yeddi manat, əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 6721.75 (altı min yeddi yüz iyirmi bir manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulub iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmiş, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmiş, cavabdeh Borclu ödənilmiş dövlət rüsumunun əvəzi olan 87.21 (səksən yeddi manat, iyirmi bir qəpik) manat məbləğində pul alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1341/2022 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimat və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun əmlakının axtarılması üçün tədbirlər həyata keçirilməmiş, Borclu yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması yoxlanılmamışdır. Belə ki, “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (bundan sonra mətndə Təlimat) 2.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimat”ın 2.4, 2.5-ci maddəsinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunubolunmamasını yoxlayır. Belə olan halda hazırki təqdimatın təmin edilməsi əsaslı sayıla bilməz və təqdimat əsassız olduğundan, rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-1341/2022 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-134/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-134/2024
02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver