Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-137/2024 12.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X7, X2, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2162/2023 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2162/2023 saylı qətnaməsi ilə xx.xx.2019-cu il tarixli MF-FUN/116 №-li kredit müqaviləsi üzrə cavabdehlər X11, X12 vəüsmayılova Sitarə Ələm qızından müştərək qaydada 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) cərimə borcu olmaqla, cəmi 5898.11 (beş min səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) verilməsi qət edilmiş, qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X5 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2162/2023 saylı qətnaməsi əsasında borclu olduğu məbləğin ayda 200 manat olmaqla hissə-hissə ödənilməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X12 ərizə və tələbin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(051)–2162/2023 saylı qətnaməsinin ayda 120 manat olmaqla hissə–hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. X5 məhkəmə iclası zamanı ərizənin və tələbin dəqiqləşdirilməsi barədə əlavə ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(051)-2162/2023 saylı qətnaməsinə əsasən ondan və X3 müştərək qaydada 5866.44 manat əsas, 31.47 manat faiz, 0,20 cərimə borcu olmaqla, cəmi 5898.11 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) verilməsi qət edilmişdir. Qətnaməni çıxarıldıqdan və qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icraya yönəldilmişdir. Qətnamə icraya yönəldildikdən sonra məndən və iş üzrə zamin olan X6 əmək haqqısına yönəldilmə edilməklə tutulmalar aparılmışdır. Bu müraciəti etməkdə məqsədi odur ki, o, hazırda çox çətin maddi durumla üz-üzədir. Belə ki, zamindən tutulan kredit borcunu da əlavə olaraq həmin zaminə özü ödəyir. Əlavə olaraq onun da əmək haqqından tutulmanın aparılması məni maddi cəhətdən çox ağır vəziyyətə salır. Özü müəllimə kimi çalışır aldığı əmək haqqı isə kredit borcuna tutulduqdan sonra onun digər xərclərini ödəməyə yetmir. Belə ki, hazırda o, 536 manat əmək haqqı alır, həmin vəsaitin 50 faizni isə Atabank kredit borcu üzrə tutulmasına ödənilir. Əlavə olaraq bu iş üzrə zamin olan Sitarə İsmayılovanın da əmək haqqısının 50 faizinə yönəldilmə edilir ki, ondan tutulan pulu da o, yenidən əlində qalan 240 manatı da ona ödəyir. Göründüyü kimi aldığının 536 manat əmək hgaqqından ondan və zamindən tutulma edildikdən sonra heç bir vəsait qalmır. Belə olan halda o necə dolansın? Bu iş üzrə borclu olan X13 onun həyat yoldaşıdır. Bir müddət əvvəl rəhmətə getmişdir. Oğlu da vətən müharibəsi iştirakçısıdır və müharibə veteranıdır. Hazırda onun da müaicəsi onun üzərinə düşmüşdür və oğlu hazırda heç bir yerdə işləmir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Tələbkar "xxxx" ASC-nin X10 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, X8 borclu olduğu məbləği hissə-hissə ödəməsinə razı deyildir. Borclunun təklif etdiyi məbləğ işin həqiqi hallarına uyğun deyildir. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Borclunun təklif etdiyi məbləğ işin həqiqi hallarına uyğun deyildir. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2162/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il tarixli MF-FUN/116 №-li kredit müqaviləsi üzrə cavabdehlər X11, X12 vəüsmayılova Sitarə Ələm qızından müştərək qaydada 5866.44 (beş min səkkiz yüz altmış altı manat 44 qəpik) manat əsas, 31.47 (otuz bir manat, 47 qəpik) manat faiz, 0,20 (20 qəpik) cərimə borcu olmaqla, cəmi 5898.11 (beş min səkkiz yüz doxsan səkkiz manat 11 qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ləğv prosesindədir) verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, borclunun qalıq borcunun hər ay 120 manat məbləğində hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X2 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2162/2023 saylı qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-137/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-137/2024
12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver