Məhkəmə qərarları › İş №8(051)-137/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-137/2025

05.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-137/2025 05.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, X2 Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2256/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması barədə ərizəsinə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Hazırda ərizəçi X5 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2256/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatlar iddia ərizəsində göstərilməlidir. Lakin ərizəni və iş materiallarını araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin giriş hissəsində proses iştirakçıları sırasında borclunun adı, soyadı və ata adına dair hər hansı məlumat əlavə edilməmişdir. Bu səbəbə görə də məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilən ərizə MPM-nin 149-cu maddəsinin forma və məzmununa uyğun gəlmədiyi üçün geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, tələbkar X1 Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(051)-2256/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması barədə ərizəsi qeri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-2256/2023 saylı qətnaməsi üzrə ödənilməli olan aliment məbləğinin indeksasiya olunması barədə ərizəsi və əlavə edilmiş sənədlər qeri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar