Məhkəmə qərarları › İş №8(051)-140/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-140/2025

18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-140/2025 18.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş Borclu məcburi gətirilməsi haqqında təqdimata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1885/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3050 manat alınıb tələbkar X2 verilməsi nəzərdə tutulmuşdur. Borclu aliment borcunun ödənilməsi üçün rəsmi inzibati xəbərdarlıq məktubunu qəbul etməsinə baxmayaraq tələbi icra etməmiş, heç bir üzürlü səbəb olmadan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də borclunun Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə işdə iştirak edən şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Təqdimata əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3050 manat alınıb tələbkar X2 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarların surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM–in 159-160, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar