Məhkəmə qərarları › İş №8(051)-141/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-141/2022

30.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-141/2022 30.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-414/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın saxlanması üçün cəmi 260 manat məbləğində alimentin alınaraq Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Hazırda Borclu 2080 manat aliment borcu yaranmışdır. Borcluya tələbin könüllü olaraq icra edilməsi üçün 10 gün müddət verilmiş, həmçinin izahatı alınmış, icra sənədinin icrasının məcburiliyi onun diqqətinə çatdırılmış, lakin borclu tələbin icrasını təmin etməmiş və bu barədə üzrlü səbəb bildirməmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən elektron məlumat sistemindən əldə edilmiş məlumata əsasən VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin Borclu məxsus olması müəyyən edilmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-414/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, iş üzrə Borclu məxsus VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş elektron məlumat sistemindən əldə edilmiş sorğudan görünür ki, VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin Borclu mülkiyyətində olduğu görünsə də, məlumatın son sorğulanma tarixi olaraq xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. Həmçinin məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, hazırda Borclu mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin bir növüdür. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqdimatda üzərinə həbs qoyulması tələb olunan VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin hazırda Borclu məxsus olması barədə icra məmuru hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, borcluya məxsus olduğu qeyd edilən, üzərinə həbs qoyulması tələb olunan VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin hazırda Borclu məxsus olub-olmamasını müəyyən etmək mümkün olmadığından, həmin avtomobilin üzərinə həbs qoyulmasından imtina edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir. Odur ki, icra orqanının hazırki təqdimatının təmin edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. VAZ 2109 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar