Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-143/2024 23.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-1370/2020 saylı icra sənədinə əsasən Borclu üç uşağın saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat tutulub, tələbkar X1 verilməsi edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə sənədini icra edən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, bu səbəbdən borclunun mülkiyyətində olan, Mersedes Benz 300E Minik markalı ** NZ *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata Mersedes Benz 300E Minik markalı ** NZ *** dövlət qeydiyyat nömrəli avtomobilin Borclu mülkiyyətində olması barədə hər-hansı sübut əlavə edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı müəyyən olunmuş, həmin siyahının 3-cü bəndində göstərilmişdir ki, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Ona görə də məhkəmə hesab edir ki, icra sənədi üzrə məcburi icra hərəkətləri çərçivəsində Mersedes Benz 300E Minik markalı ** NZ *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyma növündə məcburi icra tədbirinin həyata keçirilməsi qanuna uyğun deyildir. Odur ki, icra orqanının hazırki təqdimatının təmin edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 263–269–cu maddələrini və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu mülkiyyətində olan Mersedes Benz 300E Minik markalı ** NZ *** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-143/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-143/2024
23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver