Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-144/2024 28.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə X1 Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(107)- 252/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(107)- 252/2024 saylı qətnaməsinə əsasən, iddiaçı X5 cavabdeh X4 qarşı əşyaların mənzilən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X4 məxsus əmlaklar-yataq və qonaq otağı mebel dəstləri iddiaçı X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 16 saylı mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(107)- 252/2024 saylı qətnaməsinə əsasən, iddiaçı X5 cavabdeh X4 qarşı əşyaların mənzilən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X4 məxsus əmlaklar-yataq və qonaq otağı mebel dəstləri iddiaçı X5 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 16 saylı mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. O, 2022-ci ildə tələbkarın oğlu X12 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, toydan sonra ona məxsus cehiz əmlaklarını da iddiaçının yaşadığı, Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 51 saylı evin 16 saylı mənzilinə yerləşdirmişdir. Bir müddət Asif Rzayev ilə mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Belə ki, Asif Rzayev heç bir əsas olmadan onunla mübahisə etməyə başlamışdır. Hazırda o, anası ilə birlikdə yaşayır. Lakin, yaşadıqları mənzil 1 otaqdan ibarətdir və mənzil çox darısqaldır. X7 Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(107)- 252/2024 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsində göstərilmiş yataq və qonaq otağı mebelləri dəstlərini yığmağa heç bir yeri yoxdur. Hesab edir ki, qətnamənin icrasına möhlət verilsə, yataq və qonaq otağı mebel dəstlərini yığmağa bir yer tapar. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(107)- 252/2024 saylı qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçiyə, Tələbkara və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizənin təmin olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə borclunun, tələbkarın və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bundan sonra həmin qətnamənin icrasına əlavə möhlət verilməsi əsaslı sayıla bilməz. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X1 qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 231, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X1 Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(107)-252/2024 saylı qanuni qüvvədə olan qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-144/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-144/2024
28.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver