Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-149/2025 07.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X7 iştirakı ilə, X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinə baxaraq, məhkəmə müəyyənetdi: X3 məhkəməyə ərizə ilə müraciət edərək, iş № 2(051)-1603/2022 saylı icra sənədinin icraatını aparan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin hakimi Nemət Paşayev iş № 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Borclu qismində 43.700 manat məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. Və həmin qətnamənin icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Qeyd edilən Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev tərəfindən xx.xx.2022-ci il tarixli № e300398/2022-3-14 nömrəli məktubla Borclu tələbin könüllü icrasına dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Orxan Babayev tərəfindən Borclu xx.xx.2023-cü il tarixli, № e300398/2022-3-14-005 saylı məktubla xəbərdarlıq göndərilmiş və Borclu barəsində axtarış elan edilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və icra edilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. İŞ № 3(051)-612/2024 saylı iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, Qocayev X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. xx.xx.2024-cü il tarixdən etibarən bu günədək Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev tərəfindən Borclu barəsində heç bir “məcburi icra tədbir”ləri görülməmiş, şəxsin əmlak vəziyyətinə, əməkhaqqına dair məlumatlar, banklardakı pul vəsaitlərinə dair məlumatların əldə edilməsi, eyni zamanda ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması, yaşadığı ünvan üzrə evindəki əşyaların siyahıya alınmasına dair, vergi orqanında təsis payının olub-olmamasına dair, eyni fiziki şəxs fəaliyyətinə dair, vergi orqanında təsis payının olub-olmamasına dair, eyni zamanda fiziki şəxs fəaliyyətinə dair məlumatların əldə edilməsinə dair tədbirlər və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun digər tələblərinə uyğun tədbirlər həyata keçirilməmişdir. Əlavə olaraq bildirir ki, ona qarşı tərəfdən borcundan heç bir ödəniş verilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru ərizənin dəlillərini qəbul etməyərək göstərdi ki, 15 dekabr 2022-ci ildə icra vərəqəsi daxil olub. 24 yanvar 2023-cü ildə icraata başlanıb və borcluya bildiriş təqdim olunmuşdur. Gecikməyə səbəb borclunun axtarışda olması səbəbindən olmuşdur. İdarəyə gəlmədiyindən 26 aprel 2023-cü ildə təkrar axtarış verilmişdir. 13 sentyabr 2024-cü ildə polis əməkdaşları tərəfindən təhvil verilmişdir. Bundan sonra onun barəsində protocol tərtib olunub və məhkəməyə gətirilmişdir. Məhkəmənin qərarına əsasən 8 gün həbs edilmişdir. Sonra yenə idarəyə gəlməmiş və təkrar axtarış qərarı verilmişdir. 10 oktyabr 2024-cü ildə təkrar axtarış qərarı qəbul olunmuşdur. Borclunun 6 işi birləşdirilərək 1 protokolla məhkəməyə verilmişdir. Borclu Bakı şəhərində taksi fəaliyyətilə məşğul olduğunu bildirmişdir. Lakin VÖEN-i yoxdur. Məhkəmənin qərarı ilə 15 gün həbs edilmiş, eyni zamanda ölkədən çıxması məhdudlaşdırılmışdır. 04 aprel 2025-ci ildə borclu idarəyə gəlmişdir. Həmin vaxt izahatı alınmışdır. Tələbkara 100 manat ödəniş etmişdir. O bütün prosedulara əməl etmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də tələbkarın ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə, şikayətin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş olunmuş Mingəçevir şəhər Məhkəməsinin 8(051)- 179/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Borclu borcu ödənilənədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(051)-1603/2024 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Borclu borcunu ödəməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2025-ci il tarixli izahatlardan görünür ki, Borclu izahat vermişdir. İşdə olan borclunun yaşayış yerini dəyişməsi haqqında xx.xx.2023-cü tarixli aktdan görünür ki, Borclu yaşayış yerini dəyişmişdir. Belə ki, icra vərəqəsində göstərilən ünvandan yaşamadığı müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. İşdə olan borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. İşdə olan bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-533/2020, 2(051)- 1603/2022, 2(051)-2054/2021, 2(051)-326/2019 saylı və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2120/2016 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati həbs edilmişdir. İşdə olan “X5” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Borclu məxsus cari hesablar mövcud deyil. İşdə olan borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, borc ödəməkdən boyun qaçıran Borclu barəsində Mingəçevir ŞPŞ-də 650016 saylı axtarış işi açılmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 3(051)-182/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati həbs edilmişdir. “İcra Haqqında”Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 2 sentyabr tarixli Qərarına əsasən “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(051)-1603/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Qətnamə icraya yönəldikdən sonra borclu icra sənədini verilmiş könüllü müddət ərzində icra etmədiyinə görə icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri həyata keçirilmişdir. Bu icra tədbirləri nəticəsində Borclu barəsində icra məmuru tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə və AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə AR İXM-in 528.1-1-ci maddəsinə əsasən protokollar tərtib olunaraq məhkəmə təqdim edilmiş və müvafiq olaraq 08 gün və 15 gün müddətə inzibati həbs edilmişdir. Öncədən isə borclunun ölkədən kənara çıxması hüququ məhdudlaşdırılmışdır. Bu icra tədbirlərinin görülməsi iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən bütün mümkün məcburi icra tədbirlər görülmüşdür. Bu da o nəticəyə gəlməyə əsas verir ki, borclunun ərizəsində istinad etdiyi dəlillər əsaslı deyildir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. Buna baxmayaraq icra tədbirləri zamanı borclunun üzərinə həbs qoyulası əmlakı və əmək haqqısı və ya digər gəlir yeri müəyyən edilməmişdir. Həmin Qanununun 44.1-ci maddəsində bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi təsbit edilmişdir. Həmin Qanununun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanununun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. X10 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi sadalanan hüquq normalarında məcburi icra tədbirlərinin dairəsi və tətbiq əsasları dəqiq müəyyən edilmişdir. Belə ki, borclu , İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə və Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə protokollar tərtib olunaraq məhkəmə təqdim edilmiş və müvafiq olaraq 08 gün və 15 gün müddətə inzibati həbs edilmişdir. Eyni zamanda icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Hazırkı iş üzrə ərizəçi olan X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(051)-1603/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu olduğundan, icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyindən, həmin tarixdə borclulara könüllü icra üçün 10 gün müddət verildiyindən və həmin müddət ərzində icra sənədi icra edilmədiyinə görə tələb, həmçinin borclunun heç bir gəlir yeri və əmlakı müəyyən edilmədiyindən və bank hesabı müəyyən edilmədiyindən borclu barəsində 1 il ərzində 2 dəfə protokol tərtib edərək məhkəməyə vermişlər. Belə olan halda icra məmurunun hərəkətləri qanunda nəzərdə tutulmuş tələblərə uyğun olmuşdur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Ona görə də məhkəmə hesab edir ki, X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-149/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-149/2025
07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver