Məhkəmə qərarları › İş №8(051)-15/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-15/2025

03.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-15/2025 03.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Maraqlı şəxs icra məmuru X2 iştirakı ilə X4 Maraqlı şəxs icra məmurunun əmək haqqının 25 faiz tutulmasına yönəlmə barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayətinə baxaraq, müəyyənetdi: X6 məhkəməyə şikayət ərizəsi və şikayətin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru X2 əmək haqqının 25 faiz tutulmasına yönəlmə barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2(051)-292/2024 saylı qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, 24 avqust 2021-ci il tarixli, 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə cavabdeh Borclu 4519.81 (dörd min beş yüz on doqquz manat səksən bir qəpik) manat əsas kredit borcu, 146.24 (bir yüz qırx altı manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4666.05 (dörd min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində pul alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2022-ci il tarixli, 600802- 125743/9 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Borclu və X3 müştərək qaydada 11380.2 (on bir min üç yüz səksən manat iyirmi qəpik) manat əsas kredit borcu, 363.01 (üç yüz altmış üç manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 11743.21 (on bir min yeddi yüz qırx üç manat iyirmi bir qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 125.23 (bir yüz iyirmi beş manat iyirmi üç qəpik) manat məbləğində hissəsi cavabdehlər Borclu və X3 müştərək qaydada, 14.4 (on dörd manat qırx qərik) məbləğdə pul isə Borclu alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Müvafiq qətnamə qanuni qüvvəsini aldıqdan sonra 2024-cü ilin may ayında icrası üçün Maraqlı şəxsnə yönləndirilmişdir. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə zamindir. Maraqlı şəxs icra məmuru Sənan Hacıməmmədov xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etsə də, ona göndərməmiş, həmin qərarın surətini xx.xx.2024-cü il tarixdə qardaşı vasitəsilə almışdır. Sözügedən qərarın qəbul edilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə əsas borclu hesab olunan Borclu barəsində heç bir qanuni icra tədbirləri görməyib, əmlakı, həmçinin banklarda və digər kredit təşkilatlarında saxlancda olan qızıl-zinət əşyalarına qarşı heç bir tədbir görmədən, birbaşa xx.xx.2024-cü il tarixdə onun əmək haqqından 50 faiz tutulma ilə bağlı iş yerinə məktub göndərmiş, onun Ədliyyə Nazirliyinin İcra baş idarəsinə şikayətindən sonra əmək haqqından tutulmanı 25 faizə endirmə ilə bağlı yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinə yönləndirmişdir. Halbuki, 2024-cü ilin iyul ayında əsas Borclu adına rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar etməsinə baxmayaraq, həmin avtomobil barədə heç bir icra tədbiri görmədən birbaşa onun əmək haqqına yönəlmə tədbiri görmüşdür. İcra məmuruna olunan çox saylı təkidlərdən sonra qeyd olunan avtomobil barədə tədbir görülməsi üçün məhkəməyə təqdimat verilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardad icra edilməsi üçün İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin yenə də icra məmuru Sənan Hacıməmmədov qərəzli mövqe tutaraq, həmin qərardadın icrasını təmin etməmiş, onun tələbindən və müvafiq orqanlara şikayətindən sonra hələ də poçt xərci bəhanəsi etməsi səbəbindən qardaşı vasitəsilə xx.xx.2024-cü il tarixdə DİN-nin müvafiq şöbəsinə göndərmişdir. Eyni zamanda dəfələrlə Maraqlı şəxs icra məmuru S.Hacıməmmədova məlumat verilməsinə baxmayaraq, Borclu adına bank olmayan kredit təşkilatında girovda olan qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmasını, özünün axtarışa verilməsini tələb etsə də, hələ də heç bir nəticəsi olmamışdır. Göründüyü kimi icra məmuru əsas Borclu barəsində heç bir qanuni tədbir görməmiş, qərəzli olaraq yalnız onun barəsində tədbir görməyə başlamışdır. Baxmayaraq ki, xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərarda borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulmasını qərara almış, lakin öz qərarını belə qərəzli mövqe tutaraq icra etməmişdir. Odur ki, məhkəmədən Maraqlı şəxs icra məmuru X2 əmək haqqının 25 faiz tutulmasına yönəlmə barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Maraqlı şəxs icra məmuru şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(051)-292/2024 saylı qətnaməsi üzrə icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə əsas borclu olan Borclu çağırışlara gəlmədiyi üçün məcburi qaydada gətirilməsi mümkün olmadığı üçün barəsində axtarış elan edilmişdir, onun əmlakı olan avtomobilin üzərinə həbs qoyulmuşdur, rəsmi iş yeri olmadığı üçün əmək haqqına yönəltmə olmamışdır. Tələbkar borcun ödənilməsini tələb etdiyi üçün, icra sənədi üzrə ikinci borclu X4 əmək haqqına tutma yönəlmişdir. Odur ki, borclu A.Məmmədovanın şikayətini əsassız hesab edir və şikayətin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borclulara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə borclu X6 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını və şikayətin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borcluların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə, şikayətin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs icra məmuru X2 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-292/2024 saylı icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İşə əlavə olunmuş Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu və X3 cəmi 16548.89 manat alınıb Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən icra olunması üçün göndərilir. Belə ki, borclulardan A.M.Məmmədova Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir şəhər Qeydiyyat Şöbəsində işləyir və tələbkar tərəf tələbin onun əmək haqqına yönəldilməsi üçün müraciət etmişdir. Borc məbləğindən cəmi 300 manat Tələbkar ASC-nin xeyrinə ödənilmişdir. Borclu A.M.Məmmədovanın əmək haqqından və digər gəlirlərindən 16248.89 manat borc məbləğinin hər ay 50% hesabı ilə tutaraq Tələbkar ASC-nin xeyrinə (hesab əlavə olunur) ödənilməsinin təmin edilməsi, borc bitdikdən sonra borcun 7% həcmində, yəni 1158.43 manat icra ödənişinin tutularaq Maraqlı şəxs depozit hesabına (hesab əlavə olunur) ödənilməsi, nəticəsi barədə Maraqlı şəxsnə məlumat verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclular Borclu və X3 cəmi 16548.89 manat alınıb Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra vərəqəsi xx.xx.2024-cü il tarixli 145385/3-10 saylı məktubla “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən icra olunması (tələbin borclu A.Məmmədovanın əmək haqqından və digər gəlirlərindən hər ay 50% hesabı ilə tutulması) üçün göndərilir. Borclu A.Məmmədovanın ailə vəziyyətini nəzərə alaraq əmək haqqından və digər gəlirlərindən tutulmanın hər ay 25% hesabı ilə aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 8(051)–186/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Borclu məxsus, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İşə əlavə olunmuş Tələbkar ASC tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-292/2024 saylı, 14 mart 2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən, cavabdehlər (borclular) Borclu və X3 cəmi 11,743.21 manat məbləğində borcun və 125.23 manat dövlət rüsumunun, həmçinin Borclu cəmi 4,666.05 manat məbləğində borcun və 14.40 manat dövlət rüsumunun alınaraq iddiaçı “Expressbank" ASC-nə ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi üzrə bu vaxtadək 300 manat ödəniş olunmuşdur. Borclu məxsus qızılzinət əşyaları İNTERNATİONAL BOKT ASC-nin Mingəçevir şəhər H.Əliyev prospekti 47/2 ünvanda yerləşən fiialının pul anbarında saxlancda saxlanılır. Odur ki, Borclu məxsus qızıl-zinət əşyaların müəyyən edilib, tələbin təmin edilməsi üçün həmin girov qoyulmuş əmlaka yönəldilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta köməkçisi (əyirici və toxucu istehsalı üzrə) vəzifəsində işləyir və əmək haqqı məbləği 400.0 manat göstərilmişdir. İşə əlavə olunmuş Tələbkar ASC tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-292/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinə əsasən, Borclu Tələbkar ASC-nin xeyrinə cəmi 4,680.45 manat məbləğində pulun tutulması, Borclu və X3 Tələbkar ASC-nin xeyrinə cəmi 11,868.44 manat məbləğində pulun tutulması qət edilmişdir. Borclu X1 şəhər Qeydiyyat şöbəsində (VVAQ) işləyir. Hal-hazırda qətnamə üzrə X6 tərəfindən ödəniləcək borc 11,868.44 manat təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsini rəhbər tutaraq müvafiq tələbin borclu X4 əmək haqqısının 50 faizinə yönəldilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş Tələbkar ASC tərəfindən Maraqlı şəxsnə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin e-2(051)-292/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsinə əsasən, Borclu Tələbkar ASC-nin xeyrinə cəmi 4,680.45 manat məbləğində pulun tutulması, Borclu və X3 Tələbkar ASC-nin xeyrinə cəmi 11,868.44 manat məbləğində pulun tutulması qət edilmişdir. Borclu "xxxx" MMC adlanan müəssisədə işləyir. Halhazırda qətnamə üzrə qalıq borc 16,548.89 manat təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və “icra haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsini rəhbər tutaraq müvafiq tələbin borclunun əmək haqqısının 50 faizinə yönəldilməsi xahiş edilmişdir. İşə əlavə olunmuş Borclu tərəfindən verilmiş izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məcburi icra tədbirlərin həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Borclu məxsus Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili X9 əməkdaşları tərəfindən duracaq meydançasına qoyulmuşdur. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, Borclu tərəfindən kredit ödənişindən 400.00 manat məbləğində pul ödənilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Plenum Qərarının 1-ci bəndində göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Məhkəmə müəyyən etdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-292/2024 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, Maraqlı şəxs icra məmuru “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Qətnamə icraya yönəldikdən sonra borclu icra sənədini verilmiş könüllü müddət ərzində icra etmədiyinə görə icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş məcburi icra tədbirləri həyata keçirilmişdir. Bu icra tədbirləri nəticəsində Borclu barəsində icra məmuru tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, borcluya məxsus əmlak aşkar edilmiş, borclu X4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir şəhər Qeydiyyat Şöbəsində işlədiyi müəyyən edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinə məktub ünvanlanaraq, borclu A.M.Məmmədovanın əmək haqqından və digər gəlirlərindən 16248.89 manat borc məbləğinin hər ay 50% hesabı ilə tutaraq Tələbkar ASC-nin xeyrinə ödənilməsinin təmin edilməsi, borc bitdikdən sonra borcun 7% həcmində, yəni 1158.43 manat icra ödənişinin tutularaq Maraqlı şəxs depozit hesabına ödənilməsi, nəticəsi barədə Maraqlı şəxsnə məlumat verilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Daha sonra borclu A.Məmmədovanın ailə vəziyyətini nəzərə alaraq əmək haqqından və digər gəlirlərindən tutulmanın hər ay 25% hesabı ilə aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Borclu adına rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunduqdan sonra borclunun əmlakı üzərinə həbs qoyulması haqqında məhkəməyə təqdimat verilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu məxsus həmin avtomobil X9 əməkdaşları tərəfindən duracaq meydançasına qoyulmuşdur. Borclu tərəfindən kredit ödənişindən 400.00 manat məbləğində pul ödənilmişdir. Bu icra tədbirlərinin görülməsi iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən bütün mümkün məcburi icra tədbirlər görülmüşdür. Bu da o nəticəyə gəlməyə əsas verir ki, borclunun şikayət ərizəsində istinad etdiyi dəlillər əsaslı deyildir. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. Həmin Qanununun 44.1-ci maddəsində bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi təsbit edilmişdir. Həmin Qanununun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanununun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Göründüyü kimi sadalanan hüquq normalarında məcburi icra tədbirlərinin dairəsi və tətbiq əsasları dəqiq müəyyən edilmişdir. Belə ki, tələbin borclunun əmək haqqına yönəldilməsi məcburi icra tədbirlərinin dairəsinə daxildir. Eyni zamanda icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Hazırkı iş üzrə şikayətçi olan X1 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)- 292/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu olduğundan, icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edildiyindən, həmin tarixdə borclulara könüllü icra üçün 10 gün müddət verildiyindən və həmin müddət ərzində icra sənədi icra edilmədiyinə görə tələb, icra sənədi üzrə birgə borclu olan Arifə Məmmədovanın əmək haqqının 25 faiz hissəsinə yönəldilmişdir. Belə olan halda icra məmurunun hərəkətləri qanunda nəzərdə tutulmuş tələblərə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür. Ona görə də məhkəmə hesab edir ki, X1 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-292/2024 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə birgə borclu olduğundan və onun əmək haqqına yönəlmə qanunda nəzərdə tutulmuş əsaslara uyğun həyata keçirildiyindən, şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X4 Maraqlı şəxs icra məmurunun əmək haqqının 25 faiz tutulmasına yönəlmə barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar