Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-159/2022 21.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X5 və Tələbkar iştirakı ilə, X4 Mingəçevir şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-39/2021 №li qətnaməsinin hissə-hissə icra olunması haqqında ərizəsinə baxaraq Müəyyən etdi: Borclu X1 şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-39/2021 №li qətnaməsinin hissə-hissə icra olunması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X5 ərizə verərək bildirdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(102)-3280/2022 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ərizə ilə Konstitusiya Məhkəməsinə müraciət etmişdir. Ona görə də Mingəçevir şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-39/2021 №li qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad qəbul olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, X4 Mingəçevir şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-39/2021 №li qətnaməsinin hissə-hissə icra olunması haqqında ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X4 Mingəçevir şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(051)-39/2021 №li qətnaməsinin hissə-hissə icra olunması haqqında ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №8(051)-159/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-159/2022
21.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver