Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-159/2024 25.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, X2 Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-427/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsinin icrasının icra üslunun dəyişdirilməsi barədə ərizəsinə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Borclu X1 Şəhər Məhkəməsinin 2(051)-427/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsinin icrasının icra üslunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(051)- 427/2019 saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan, Mingəçevir şəhərinin H.Z.Tağıyev küçəsində yerləşən 0.0668 ha torpaq sahəsi və onun üzərində olan 33 saylı fərdi yaşayış evinə X8, X7, X9, X11, X12, X13, X10, X16, X15 və X4 evə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Maraqlı şəxsndə icra işi açılmışdır. Ərizəçi bildirir ki, cavabdehlər tələbkar "xxxx" KB ASC ilə razılığa gələrək evin dəyərinin hissə-hissə ödənilməsi barədə razılğa gəlmişlər. Bunun əsasında da o, banka 15000 (on beş min) manat məbləğdə ödəniş etmişdir. Hazırki qətnamə qəbul olunduqdan sonra isə yenə də ödənişlər edir. Belə ki, o, banka xx.xx.2020-ci ildə 13039.64 ABŞ dolları, 19 oktyabr 2021-ci ildə 3000 (üç min) manat, 29 noyabr 2021-ci ildə 3000 (üç min) ABŞ dolları, 15 may 2023-cü ildə 500 (beş yüz) manat, 02 iyun 2023-cü ildə 200 (iki yüz) manat və 06 iyun 2023-cü ildə 300 (üç yüz) manat ödənişlər etmiş və bundan başqa o, 2023-cü ilin sentyabr ayında tələbkara 1000 (bir min) manat məbləğdə ödəniş etmişdir. Onu da bildirir ki, o, yenədə də tələbkara olan borcunu tam şəkildə ödəyəcək və bu yaxınlarda tələbkara olan borcumun çox hissəsini ödəyəcək. Bundan başqa hazırda payız fəslidir və havalar getdikcə soyuyur. Onların borcluların qeyd olunan fərdi yaşayış evindən başqa yaşamağa ayrı yerimiz yoxdur. Hesab edirəm ki, qətnamənin icra üsulu dəyişdirilsə, o, tələbkara olan borcumnu ödəyib yekunlaşdıracaqlar. Odur ki, qeyd edinləri nəzərə alaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(051)- 427/2019 saylı qətnaməsinin icrasının icra üslunun dəyişdirilməsini, kredit borcun hər ay 1000 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş icraatında icra sənədi olan icra borcluya və tələbkara məhkəmə iclaslarına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Lakin, X3 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bilirmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarına əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-427/2019 saylı, 13 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Mingəçevir şəhər H.Z. Tağıyev küçəsində yerləşən 0,0668 ha torpaq sahəsi və onun üzərində olan 33 saylı fərdi yaşayış evinə X8, X7, X9, X11, X12, X13, X10, X16, X15 və X4 evə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, borclu M.Əliyev müxtəlif vaxtlarda kredit borcundan ödəniş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusuya Məhkəməsinin 22 may 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnamənin icra qaydasının dəyişdirilməsinə gəldikdə qeyd olunmalıdır ki, bu məsələnin həlli qətnamənin mahiyyətinə aid deyil və yalnız həmin qətnamənin çıxarılmasından sonra yaranmış icra məsələlərini tənzimləyir. Eyni zamanda, möhlət verilməsi qətnamədə ifadə olunsa belə işin mahiyyətinə toxunmur. Buna görə də qətnamə qüvvəyə mindikdən sonra icra qaydasının dəyişdirilməsi məsələsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında işə baxmış birinci instansiya məhkəməsi tərəfindən həll edilir. Bu qayda yuxarı instansiya məhkəməsi tərəfindən həmin qətnamə ləğv edilib yeni qətnamə qəbul edildiyi halı da ehtiva edir. Birinci instansiya məhkəməsinin belə qaydada qəbul edilən qərardadlarından Mülki Prosessual Məcəllənin 231.4-cü maddəsinə müvafiq olaraq şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X2 ərizəsi əsassızdır, ona görə də təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-364, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X2 Mingəçevir Şəhər Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 2(051)-427/2019 saylı qətnaməsinin icrasının icra üslunun müvəqqəti dəyişdirilməsi barədə ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-159/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-159/2024
25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver