Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-160/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi X2 iştirakı ilə X2 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə–hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qiyabi qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X7 qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh X4 700 (yeddi yüz) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X3 ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qətnaməsinin hissə–hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. X3 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qiyabi qətnaməsi ilə ondan 700 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin borcdan 206 manatını tələbkara ödəmişdir. Maddi imkanı olmadığından qalan borcunu birdəfəyə ödəyə bilmir. Hazırda borcunu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Əgər qətnamənin hissə–hissə icra olunması müəyyən olunarsa, o zaman həmin borcu hər ay 50 manat olmaqla ödəyə bilər. Eləcə də, o, tələbkarla o, tələbkarla hər ay 50 manat ödəməklə bağlı razılığa gəlmişdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Tələbkara və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231–ci maddəsinə əsasən işə tələbkarın və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)– 1474/2022 saylı qiyabi qətnaməsindən görünür ki, iddiaçı Tələbkar cavabdeh X7 qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh X4 700 (yeddi yüz) manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X8 borcundan 50 manat ödəmişdir. İşdə olan xx.xx.2022-ciil tarixli ödəniş tapşırığından görünür ki, X8 borcundan 156 manat ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, borclu X1 Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qiyabi qətnaməsi əsasında iddiaçı Tələbkar 700 manat məbləğində pul və 30 manat dövlət rüsumu ödəməlidir. Lakin borclu həmin puldan 206 manat ödəsə də, maddi imkanı olmadığından qalan borcunu birdəfəyə ödəyə bilməmiş, məcburi icra tədbirləri çərçivəsində borclun tələbin yönəldilməsinə imkan verən əmlakıaşkar olunmamışdır. Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İşin müəyyən olunmuş halları, o cümlədən borclunun tələbin yönəldilməsinə imkan verən əmlakının olmaması, ailə vəziyyəti, mütəmadi qazancı və ya gəliri olmaması, məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, X3nın borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Ona görə də onun qətnamənin hissə–hissə icra olunmasına dair ərizəsi əsaslıdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borclu borcunu hissə–hissə ödəyə bilər. Bu səbəbdən ərizə təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(051)–1474/2022 saylı qiyabi qətnaməsi üzrə X3nın Tələbkar qalan borcu, hazırki qərardad qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 50 (əlli) manat müəyyən edilməklə hissə–hissə icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №8(051)-160/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-160/2022
11.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver