Məhkəmə qərarları › İş №8(051)-162/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-162/2022

30.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-162/2022 30.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizamim qızının katibliyi, X3 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsinin hissə-hissə içra edilməsinə dair ərizəsinə baxaraq, məhkəmə müəyyənetdi: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsi ilə X2 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEL kodu **********43490 Samsung Galaxy AP01 markalı telefon üçün 728,6 manat ödənilməmiş hissə 72,4 manat cərimə olmaqla cəmi 801 manat borc alınıb "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. X1 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraçiət edərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsinin hissə-hissə içra edilməsi barədə qərardad cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə borclu X4 ərizəsini müdafiə edərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsi ilə ondan "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEL kodu **********43490 Samsung Galaxy AP01 markalı telefon üçün 728,6 manat ödənilməmiş hissə 72,4 manat cərimə olmaqla cəmi 801 manat borc alınıb "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin məbləği tam şəkildə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Kirayədə yaşayır və ailəli olmaqla ailə onun himayəsindədir. Müəyyən olunmuş pul məbləği onun və ailəsinin ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Heç bir əmlakı yoxdur ki, satıb borcunu ödəsin. Odur ki, işləməməsini, maddi imkanının olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını və bununla əlaqədar həmin məbləği birdəfəyə ödəyə bilmədiyini bildirmiş və qətnaməsinin hissə-hissə, hər ay 65 manat ödəmək şərti ilə içra edilməsi barədə qərardad cıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar "xxxx" MMC-i məhkəmə içlasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbayçan Respublikası MPM-in 231.2-ci maddələrini rəhbər tutaraq, işdə iştirak edən şəxslərin məhkəmə içlasında iştirakı olmadan ərizəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Belə ki, həmin maddənin müddəalarına əsasən məhkəmə qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizələrə məhkəmə içlasında baxılır. İşdə iştirak edən şəxslər içlasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, X3 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsinin hissə-hissə içra edilməsinə dair ərizəsi əsaslıdır. Belə ki, iş materallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsinin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEL kodu **********43490 Samsung Galaxy AP01 markalı telefon üçün 728,6 manat ödənilməmiş hissə 72,4 manat cərimə olmaqla cəmi 801 manat borc alınıb "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Məhkəmə iş materiallarpını nəzərdən keçirib, borlunun maddi vəziyyətini, belə ki, ailəli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, borc məbləğinin tam şəkildə bir dəfəyə ödəməyə maddi imkanın olmamasını nəzərə alarq hesab edir ki, ərizə təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsi hər ay 65 manat ödəmək şərti ilə içra edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbayçan Respublikası MRM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbayçan Respublikası MRM-nin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbayçan Respublikası MRM-nin 231.4-cü maddəsinə əsasən Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbayçan Respublikası MRM-in 231, 269, 395 və 396-çı maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: X3 Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsinin hissə-hissə içra edilməsinə dair ərizəsi təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1772/2022 saylı qətnaməsi hər ay 65 manat ödəmək şərti ilə hissə-hissə içra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar