Məhkəmə qərarları › İş №8(051)-165/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-165/2022

28.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-165/2022 28.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişyeva Aləmzar Həmid qızının katibliyi ilə Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Borclu1 Borclu2 məcburi gətirilməsi barədə icra məmurunun təqdimatına baxaraq Müəyyənetdi: Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru Ruqiyə Şərifova Borclu1 Borclu2 icra və probasiya şöbəsinə məcburi gətirməsi haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-298/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Mingəçevir şəhər Borclu1 33 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və X3 Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin M.F.Axundov adına 12 №-li kitabxana filialına kitabxanaçı vəzifəsinə bərpa edilməlidir. Qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu2 ünvana göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etməsinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də Borclu2 Mingəçevir şəhər icra və probasiya şöbəsinə məcburi gətirilməsi üçün qərar verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu2 məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağrışına gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini, ”İcra məmurları haqqında” Qanunun 7-ci maddəsini, Azərbaycan Respublikası MPMnin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. Mingəçevir şəhər Borclu1 Babayeva X2 şəhər İcra və probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar