Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-166/2024 01.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Tələbkar iştirakı ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-55/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu MMC-nin adına olan reyestr nömrəsi **********88-06301 olan Samux küçəsi 4B-də olan torpaq sahəsinin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 552024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu dən tələbkarın hüquqi varisi Tələbkar xeyrinə X1 bədbəxt hadisə nəticəsində səhhərinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat, mediasiya xərci olan 50 manat tutuluması nəzərdə tutulmuşdur. Borcun ödənilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Ədliyyə Nazirliyinin elektron xidmət portalına istifadə nəticəsində Borclu ASC-nin mülkiyyətində olan reyestr nömrəsi **********88-06301 olan Samux küçəsi 4B-də olan torpaq sahəsi aşkar oluhmuşdur. Qeyd olunanları nəzərə alaraq Borclu ASC-nin mülkiyyətində olan **********88-06301 olan Samux küçəsi 4B-də olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, və borcluya məlumat verilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar və borclunun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-552024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu dən tələbkarın hüquqi varisi Tələbkar xeyrinə X1 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat, mediasiya xərci olan 50 manat tutulub tələbkara ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-552024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu ASC-ə məxsus olan Mingəçevir şəhəri reyestr nömrəsi **********88-06301 olan Samux küçəsi 4B-də olan torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-166/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-166/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver