Məhkəmə qərarları › İş №8(051)-167/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-167/2024

01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-167/2024 01.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər Məhkəməsinin 2-1885 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus Mersedes Benz C180 minik **-NL-*** dövlət qeydiyyat nişanlı rəngi gümüşü metallik, ili 1997-ci il olan avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər məhkəməsinin 2-1885 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 3050 manat pul alınıb X1 ödənilməsi nəzərdə tutulmuşdur. Borcun ödənilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Ədliyyə Nazirliyinin elektron xidmət portalına inteqrasiyası nəticəsində real vaxt rejimində elektron icra sistemindən istifadə zamanı əldə olunan məlumat əsasında Borclu məxsus mülkiyyətində Mersedes Benz C180 minik **-NL-*** dövlət qeydiyyat nişanlı rəngi gümüşü metallik, ili 1997-ci il nəqliyyat vasitəsi vardır. Qeyd olunanları nəzərə alaraq Borclu mülkiyyətində olan Mersedes Benz C180 minik **-NL-*** dövlət qeydiyyat nişanlı rəngi gümüşü metallik, ili 1997-ci il olan avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məlumat verilməsinə baxmayaraq, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən işə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar və borclunun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 2-1885 saylı xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu 3050 manat pul alınıb X1 ödənilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1885/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM–in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus Mersedes Benz C180 minik **-NL-*** dövlət qeydiyyat nişanlı rəngi gümüşü metallik, ili 1997-ci il olan avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar