Məhkəmə qərarları › İş №8(051)-168/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-168/2024

20.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-168/2024 20.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-97/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 97/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 97/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu X1 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 61 ünavnında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Borcluicra sənədi təmin edilməsi üçün rəsmi inzibati xəbərdarlıq məktubunu qəbul etməsinə baxmayaraq, tələbi icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də borclunun Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən, borclunun və tələbkarın iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-97/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu X1 mülkiyyətində olan Mingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 61 ünavnında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Məhkəməsinin 2(051)-97/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş borcluya ünvanlanmış xəbərdarlıqdan görünür ki, ondan borcu tələbkara ödəməyi, əks təqdirdə borcunun ödənilməməsinin səbəbini müəyyən etmək üçün izahatının alınması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməyi tələb edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun icra sənədinin icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Əhmədova X3 şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar