Məhkəmə qərarları › İş №8(051)-170/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-170/2024

20.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-170/2024 20.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə Məhkəmə iclas katibi X2 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş borclunun məcburi gətirilməsi haqqında təqdimata məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, xx.xx.1986-cı il tarixdə anadan olan ünvan 1 ünvanda yaşayan, Borclu məcburi qaydada Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə polis vasitəsilə məcburi gətirilməsi üçün qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 69/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu hər ay hər uşağa 190 azn olmaqla, cəmi 380 manat alimentin alınıb Tələbkar verilməsi nəzərə alınmışdır. Borclu icra sənədinin təmin edilməsi üçün rəsmi inzibati xəbərdarlıq məktubunu qəbul etməsinə baxmayaraq tələbi icra etməmiş və heç bir üzrlü səbəb olmadan İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, icra şöbəsi borclunun Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı bildirdi ki, təqdimat məhkəməyə verildikdən sonra Borclu İcra Şöbəsinə gəlmişdir. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, onların iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə iş materiallarını və icra məmurunun izahatını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-69/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında nikah qeydi pozulmuş, Borclu hər ay hər uşağa 190 azn olmaqla, cəmi 380 manat alimentin alınıb ona verilməsi Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Belə ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi təqdimatında Borclu icra orqanının çağırışlarına gəlməkdən və icra sənədi üzrə icra sənədini icra etməkdən boyun qaçırdığını göstərsə də, iş materiallarından görünür ki, borclu icra məmurunun çağırışları ilə icra qurumuna gəlmiş, müvafiq izahatlar vermişdir. İş materiallarına əlavə edilmiş izahatdan da görünür ki, Məmmədov X4 şəhər İcra və Probasiya Şöbəsinə çağırılmış və öz izahatını vermişdir. Baxmayaraq həmin izahatın alınmasından bir o qədər də uzun müddət keçməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalan hallar - borclunun icra şöbəsinə gəlməkdən yayınması kimi qiymətləndirilə bilməz, eyni zamanda icra məmuru məhkəmə iclası zamanı borclunun icra şöbəsinə gəldiyini bildirərək təqdimatın təmin olunmamasını xahiş etmişdir. Buna görə də təqdimat təmin edilməməlidir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası barədə xx.xx.2024-cü il bildiriş və xx.xx.2024-cü il tarixli izahatlardan görünür ki, borclu İcra və Probasiya şöbəsinə gələrək müvafiq olaraq bildirişləri qəbul etmiş və izahatlar vermişdir. Göründüyü kimi qanunverici istinad olunan normalarda məcburi icra tədbirlərinin tətbiq edilməsini, müəyyən edilmiş əsasların məcmu halda mövcud olması ilə şərtləndirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Hazırki vəziyyətdə isə borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-69/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar