Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-174/2024 19.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Borclu iştirakı ilə Borclu Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin “hissə-hissə icra edilməsi” barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Borclu Cəfərova X1 Şəhər Məhkəməsinin 2(051)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar MMC-nin cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası qısmən təmin edilmişdir. Həmin qətnaməyə əsasən ondan cəmi 1807.85 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, qeyd olunan mağazadan övladına mobil telefon almışdır. Hazırda hər ay əmək haqqından 170 manat borca silinir. Bu isə onu çətin vəziyyətə salır. Özü xəstədir, himayəsində azyaşlı uşağı var, digər övladı Türkiyə Respublikasında təhsil alır, əri heç bir yerdə işləmir və aldığı əmək haqqı ilə özü çətinliklə dolanır. Başqa gəlir yeri yoxdur. Borcundan hər ay 50 manat ödəməyə maddi imkanı çatır. Ona görə də ərizənin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hər ayda 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar “ABC-Telecom MMC-yə məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tələbkar MMC-nin nümayəndəsi Rauf Süleymanlı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasına onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə borclunun izahatını dinləyərək, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında nəzərdən keçirilmiş sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1654/2024 saylı qətnaməsi ilə cavabdeh Borclu cəmi 1807.85 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 N-li qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin içrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Borclunun izahatından və iş materialından görünür ki, borclunun tələbkara 1500 manatdan çox borcu var var. Borclunun əmək haqqından hər ay 170 manat həmin borca tutulur. Borclu aya 50 manat ödəniş etməklə hissə-hisə icranı təklif edir. Göründüyü kimi borclu qətnaməni hissə-hissə icra edir. Hissələrlə ödənilən məbləğin daha da aşağı salınmasıtələbkarın mənafeyinə uyğun gəlmir. Digər tərəfdən borc götürərkən və qətnamə qəbul edilərkən borclunun ərizəsində göstərdiyi özünün xəstə olması, himayəsində azyaşlı uşağının olması, digər övladının Türkiyə Respublikasında təhsil alması, ərinin heç bir yerdə işləməməsi və aldığı əmək haqqı ilə özünün çətinliklə dolanması halları mövcud idi. Belə olduğu halda məhkəmə hesab edir ki, borclunun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi əsaslı deyil. Onun təmin edilməsi tələbkarın haqlı mənafeyini pozur və bu səbəbdən də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1654/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Borclu ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsinə verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №8(051)-174/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-174/2024
19.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver