Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-18/2024 15.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimata baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1996/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1996/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu Əsgərov X1 şəhər İcra və Probasiya şöbəsinə dəvət olunmuş, lakin o, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də borclunun Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Təqdimata əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, əsasən cavabdeh Borclu iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, tələbin 10 gün müddətində könüllü icra etməsi, əks halda məcburi icra tədbirlərinin görüləcəyi borcluya bildirilmişdir. Təqdimata əlavə olunmuş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1996/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş borcluya ünvanlanmış xəbərdarlıqdan görünür ki, ondan borcu tələbkara ödəməyi, əks təqdirdə borcunun ödənilməməsinin səbəbini müəyyən etmək üçün izahatının alınması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməyi tələb edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən borclunun icra sənədinin icrası üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığı müəyyən olunduğundan, məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə Əsgərov X1 şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM–in 159-160, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №8(051)-18/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-18/2024
15.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver