Məhkəmə qərarları › İş №8(051)-186/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-186/2024

03.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-186/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-292/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqda qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-292/2024 saylı icra sənədi üzrə Borclu və X1 müştərək qaydada cəmi 11882.84 manat kredit borcu alınıb «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Borcun ödənilməsi üçün Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti Ədliyyə Nazirliyinin elektron xidmət portalına inteqrasiyası nəticəsində real vaxt rejimində elektron icra sistemindən istifadə zamanı əldə olunan məlumat əsasında Borclu adına rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. Odur ki, məhkəmədən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-292/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan rəngi boz qara metallik, istehsal ili 1994cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı göstərdi ki, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Borclu məhkəmə qətnaməsi ilə qət edilmiş kredit borcunu ödəmir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya, həmçinin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, borclunun və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və əlavə edilmiş sənədləri tam və hərtərəfli araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(051)-292/2024 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, 24 avqust 2021-ci il tarixli, 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə cavabdeh Borclu 4519.81 (dörd min beş yüz on doqquz manat səksən bir qəpik) manat əsas kredit borcu, 146.24 (bir yüz qırx altı manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4666.05 (dörd min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Borclu və X1 müştərək qaydada 11380.2 (on bir min üç yüz səksən manat iyirmi qəpik) manat əsas kredit borcu, 363.01 (üç yüz altmış üç manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 11743.21 (on bir min yeddi yüz qırx üç manat iyirmi bir qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməsi, ödənilmiş dövlət rüsumunun 125.23 (bir yüz iyirmi beş manat iyirmi üç qəpik) manat məbləğində hissəsi cavabdehlər Borclu və X1 müştərək qaydada, 14.4 (on dörd manat qırx qərik) məbləğdə pul isə Borclu alınıb iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən AR DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Borclu adına rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmuşdur. İşə əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq” siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi əmlak olduğundan, həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə işin yuxarıda şərh olunan faktiki hallarından və maddi hüquq normalarından çıxış edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus, rəngi boz qara metallik, istehsal ili 1994-cü il olan, Mercedes Benz E220 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar