Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-187/2024 17.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Borclu “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimata baxaraq Müəyyən etdi : Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1788/2018 saylı xx.xx.2018-ci il tarixli icra qeydi üzrə Borclu cəmi 4 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 400 manat məbləğində aliment alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Lakin borclu aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır, hazırda onun 4226 manat aliment borcu yaranmışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə iclasında ərizə təqdim edərək, borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıtəqdimatının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsinə əsasən Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsində nəzərdə tutulmuş qaydada geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələrinin rəhbər tutaraq Qərara aldı : Təqdimat baxılmadan geri qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №8(051)-187/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-187/2024
17.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver