Məhkəmə qərarları › İş №8(051)-195/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-195/2024

28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-195/2024 28.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən verilmiş təqdimata baxaraq Müəyyənetdi: Təqdimat Mingəçevir Şəhər İcra X2 icra məmuru X1 icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatın əsaslandırılması Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1328/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3500 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borlu Borclu icra sənədində qeyd olunan ünvana göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə olunan sorğu məlumata əsasən borcluya məxsus “VAZ 21013” markalı, dövlət qeydiyyat nişanı **-BG-*** olan avtomobilin olması bildirilmişdir. Borclu icra sənədinin icrası üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq tələbi icra etməmiş və heç bir üzrlü səbəb olmadan Mingəçevir şəhər İcra və probasiya şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “VAZ 21013” markalı, dövlət qeydiyyat nişanı **-BG-*** olan avtomobilinin üzərinə həbs qoyulmasını xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verən icra məmuruna və Borclu məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, təqdimata onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. İşdə olan sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1328/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən cəmi 3500 manat məbləğində pul vəsaiti və 55 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra X2 icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1328/2024 saylı qətnaməsinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-1328/2024 saylı icra sənədini 10 gün müddətinə könüllü icra etməyi barədə məlumatlandırılmışdır. “Elektron İcra” informasiya sistemindən istifadə nəticəsində əldə olunan məlumata əsasən borcluya məxsus 1984-cü il istehsalı,lipa yaşıl rəngli, ban nömrəsi XTA210130E4419929, “VAZ 21013” markalı, dövlət qeydiyyat nişanı **-BG-*** olan avtomobilin olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmənin mövqeyi Göründüyü kimi, borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddəti ərzində və bundan sonra da qeyd edilən icra sənədini icra etməmiş, bununla da məcburi icra tədbirləri üçün əsas yaranmış, həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində “VAZ 21013” markalı, dövlət qeydiyyat nişanı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilərək, Borclu mülkiyyətində olan “VAZ 21013” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1328/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində olan “VAZ 21013” markalı, dövlət qeydiyyat nişanlı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar