Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-198/2025 06.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Borclu iştirakı ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş borclunun məcburi gətirilməsi haqqında təqdimata məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Mingəçevir Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək, xx.xx.1983-cü il tarixdə anadan olan ünvan 1 ünvanda yaşayan, Borclu oğlunun məcburi qaydada Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə polis vasitəsilə məcburi gətirilməsi üçün qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 120/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanmas üçün 150 manat aliment tutuaraq X1 ödənilməısi nəzərdə tutulmuşdur. Borcu Borclu oğu borcun ödənilməsi üçün rəsmi inzibati xəbərdarlıq məktubu qəbul etməsinə baxmayaraq tələbi icra etməmiş və heç bir ürlü səbəb olmadan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Odur ki, icra şöbəsi borclunun Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, onun icra tədbirindən məlumatı olmamışdır. İstənilən an icra sənədinin icrasını həyata keçirməyə və icra məmurunun çağrışlarına getməyə hazırdır. Ona görə də barəsində olan tədimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-120/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 150 manat aliment tutulması barədə qətnamə qəbul edilmişdir. Qətnamə qanuni qüvvəsini almış icra edilməsi üçün icraya yönəldilmişdir. Belə ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi təqdimatında Borclu icra orqanının çağırışlarına gəlməkdən və icra sənədi üzrə icra sənədini icra etməkdən yayındığını, Borclu xəbərdarlıq məktubunu xx.xx.2025-ci il tarixdə qəbul etməsinə baxmayaraq tələbi icra etmədiyini göstərsə də, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin inzibati binasında təyin edilmiş borclunun məcburi gətirilməsi barədə təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasında iştirak etmiş və icra sənədini icra etməkdən boyun qaçırmadığını və istənilən an icra etməyə hazır olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalan hallar-borclunun icra şöbəsinə gəlməkdən yayınması kimi qiymətləndirilsə də, borclunun məhkəmə iclasnda iştirak etməsi və icra sənədinin icra ediltəkdən boyun qaçırmamasını bildirmiş və bu səbəbdən təqdimat təmin edilməməlidir. Göründüyü kimi qanunverici istinad olunan normalarda məcburi icra tədbirlərinin tətbiq edilməsini, müəyyən edilmiş əsasların məcmu halda mövcud olması ilə şərtləndirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Ona görə də məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-120/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №8(051)-198/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-198/2025
06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver