Məhkəmə qərarları › İş №8(051)-216/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-216/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-216/2025 19.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən verilmiş təqdimata baxaraq Müəyyənetdi: Təqdimat Mingəçevir Şəhər İcra X1 icra məmuru Sənan Hacıməmmədov icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatın əsaslandırılması Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 345/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda yerləşən 43.3 kv.m. sahədən ibarət olan qeyri-yaşayış sahəsi(gözəllik salonu) və qeyri-yaşayış sahəsində olan avadanlıqların -01 ədəd “LG” markalı kondisioner, 01 ədəd “LG” markalı paltaryuyan maşın, 01 ədəd “Samsung” markalıtelevizor, 01 ədəd “Epillyasiya” aparatı, 01 ədəd “Kombi” istilik sistemi, 03 ədəd “Kombi” istilik sistemi aparatı üçün nəzərdə tutulmuş radiator, 03 ədəd stol, 02 ədəd kreslo və stol-stul dəstinin ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə cavabdeh Borclu payı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayon, Dadaş Bünyadzadə küçəsi, ev 230/2, mənzil 55a yaşayış evinin ipoteka krediti ilə bağlı ödənilmiş 18000 ABŞ dolları pulun ½ hissəsinin qətnamə icra edilən günə Azərbaycan manatı məzənnəsi ilə cavabdeh Borclu alınıb iddiaçı Tələbkar ödənilməsi nəzərdə tutulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi Ədliyyə Nazirliyi elektron xidmət portalına inteqrasiyası nəticəsində real vaxt rejimində elektron icra sistemindən əldə edilən məlumata əsasında Borclu məxsus mülkiyyətində olan 01 adda Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli daşınmaz əmlak olduğu aşkar edilmişdir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borcluın mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli daşınmaz əmlakının üzərinə həbs qoyulmasını xahiş edilir. Məhkəmə iclası: Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verənə və məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, təqdimata icra məmurunun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirdi ki, təqdimat əsassızdır, icra sənədinin icrası ilə bağlı qeyd olunan daşınmaz əmlakın üzərinə həbs qoyulmamasını xahiş edir. Məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. İşdə olan sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-345/2024 saylı icra vərəqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 43.3 kv.m. sahədən ibarət olan qeyriyaşayış sahəsi(gözəllik salonu) və qeyri-yaşayış sahəsində olan avadanlıqların -01 ədəd “LG” markalı kondisioner, 01 ədəd “LG” markalı paltaryuyan maşın, 01 ədəd “Samsung” markalıtelevizor, 01 ədəd “Epillyasiya” aparatı, 01 ədəd “Kombi” istilik sistemi, 03 ədəd “Kombi” istilik sistemi aparatı üçün nəzərdə tutulmuş radiator, 03 ədəd stol, 02 ədəd kreslo və stol-stul dəstinin ½ hissədə iddiaçı Tələbkar, ½ hissədə cavabdeh Borclu payı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayon, Dadaş Bünyadzadə küçəsi, ev 230/2, mənzil 55a yaşayış evinin ipoteka krediti ilə bağlı ödənilmiş 18000 ABŞ dolları pulun ½ hissəsinin qətnamə icra edilən günə Azərbaycan manatı məzənnəsi ilə cavabdeh Borclu alınıb iddiaçı Tələbkar ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra X1 icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-345/2024 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Borclu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-345/2024 saylı icra sənədini 10 gün müddətinə könüllü icra etməyi barədə məlumatlandırılmışdır. Borclu Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə e56640/2025-3-10-002 saylı inzibati xəbərdarlıq məktubu göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Borclu adına ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, ünvan 45 nömrəli mənzili, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 74 saylı binanın 52 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Borclu Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə dəvət edilərək izahatı alınmış, borclu izahatında ipoteka ilə bağlı ödənilmiş 18000 ABŞ dolları pulun ½ hissəsinin tələbkara tam şəkildə verə bilməyəcəyini qeyd etmişdir. Tətbiq edilən hüquq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmənin mövqeyi Göründüyü kimi, borclu icra məmuru tərəfindən icra sənədinin könüllü icras ilə bağlı dəvət edilmiş, lakin icra sənədində qeyd olunan məbləği tam olaraq ödəyə bilməyəcəyini bildirmiş, bununla da məcburi icra tədbirləri üçün əsas yaranmış, həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində Borclu mülkiyyətində Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli mənzilinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilərək, Borclu mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 74 saylı binanın 52 nömrəli mənzilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: Təqdimat təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(051)-345/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində olan Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın 52 nömrəli mənzilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar