Məhkəmə qərarları › İş №8(051)-22/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-22/2023

01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-22/2023 01.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi X2 iştirakı ilə X2 Mingəçevir şəhər məhkəməsinin 2(051)-39/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə baxaraq Müəyyən etdi: Borclu X1 şəhər məhkəməsinin 2(051)-39/2021 №-li 25 iyun 2021-ci il qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında X3 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)- 39/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia qismən təmin olunmuş, birgə nikah müddətində əldə olunmuş, Bakı şəhəri N.Nərimanov rayonu M.Məmmədov küçəsində yerləşən 17 №-li evin 143 №-li mənzilində yerləşdirilmiş 10 adda əşyalar-“Şarp” markalı paltaryuyan maşın,”Evrolux” markalı kondisioner, “Samsunq” markalı mikrodalğalı soba, “APL” markalı soba, yataq dəsti(çarpayı,döşəkcə, 2 ədəd tumba), tək nəfərlik çapayının ona qalması, lakin həmin əşyaların cəmi qiyməti olan 2290 manat pulun ikdə bir hissəsi olan 1455 manatın ondan alınıb Tələbkar verilməsi, cavabdeh Tələbkar olan, birgə nikah müddətində əldə edilmiş “Samsunq” markalı paltaryuyan maşın və “Samsunq” markalı kondisionerin cavabdehdə qalması, lakin həmin əşyaların cəmi qiyməti olan 1420 manat pulun ikidə bir hissəsi olan 710 manatın Tələbkar alınıb ona verilməsi və birgə nikah müddətində əldə edilmiş “Mersedes Benz 220 CDİ” markalı avtomobilin satışından əldə edilmiş 9000 manat pulun ikidə bir hissəsi olan 4500 manat pulun ondan alınıb Tələbkar verilməsi qət edilmişdir. O, həmin qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti vermiş, lakin onun apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət etmiş, lakin onun şikayətinin icraata qəbul olunmasından imtina edilmişdir. O, heç bir yerdə işləmir. 2 uşağa görə hər ay 272 manat aliment ödəyir. Qətnamədə göstərilən məbləği bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Ona görə də ərizənin təmin olunmasını, Mingəçevir şəhər məhkəməsinin 2(051)- 39/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsinin hər ayda 100-150 manat arası olmaqla hissəhissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Tələbkar məlumat verilmiş, o, məhkəməyə gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Malik Əliyevin qətnamə üzrə ona olan borcunu hissə-hissə ödənilməsinə razı olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını, M.Əliyevin ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə borclunu dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmamalıdır. İşdə olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-39/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddianın qismən təmin olunması, birgə nikah müddətində əldə edilmiş, Bakı şəhəri N.Nərimanov rayonu A.Məmmədov küçəsi 17 №-li evin iddiaçı X7 məxsus 14 №-li mənzildə yerləşdirilmiş 10 adda əşyalar-“Şarp” markalı paltaryuyan maşın, ”Evrolux” markalı kondisioner, “Samsunq” markalı mikrodalğalı soba, “APL” markalı soba, yataq dəsti(çarpayı,döşəkcə, 2 ədəd tumba), tək nəfərlik çapayı(döşəkli), iddiaçı M.Əliyevdə qalması, lakin həmin əşyaların cəmi qiyməti olan 2290 manat pulun ikdə bir hissəsi olan 1455 manatın iddiaçıdan alınıb Tələbkar verilməsi, cavabdeh Tələbkar olan birgə nikah müddətində əldə edilmiş “Samsunq” markalı paltaryuyan maşın və “Samsunq” markalı kondisioner cavabdehdə qalması, lakin həmin əşyaların cəmi qiyməti olan 1420 manat pulun ikidə bir hissəsi olan 710 manat cavabdeh Tələbkar alınıb iddiaçı M.Əliyevə verilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, bigə nikah müddətində əldə edilmiş “Mersedes Benz 220 CDİ” mrkalı avtomaşın satışından əldə etdiyi 9000 manat pulun ikidə bir hissəsi olan 4500 manatın cavabdeh X5 alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə X2 borcundan hal-hazıra kimi heç bir ödəniş etməməsini, cəmi 5645 manat borcdan ayda 100-150 manat arası ödəmək istəməsi, hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləğin az olmasını, tələbkarın da hüquqi mənafeyini nəzərə alaaq hesab edir ki, ərizə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutub , məhkəmə Qərara aldı: X2 Mingəçevir şəhər məhkəməsinin 2(051)-39/2021 №-li 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş bocun hər ay 100-150 manat arası olamaqla hissə-hissə icra edilməsi barədə ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar