Məhkəmə qərarları › İş №8(051)-23/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-23/2023

24.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-23/2023 24.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, X1 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-980/2018 №-li 10 may 2018-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi və “İcra haqqında” Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş məcburi icra tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Lakin ərizədə tələb aydın göstərilməmiş, qeyd edilən məhkəmə qətnaməsinin icra üsulunun və qaydasının necə dəyişdirilməsi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən X1 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizəsi geri qaytarılmalıdır. Həmçinin, izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar