Məhkəmə qərarları › İş №8(051)-233/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №8(051)-233/2025

20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 8(051)-233/2025 20.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən verilmiş təqdimata baxaraq Müəyyənetdi: Təqdimat Mingəçevir Şəhər İcra X4 icra məmuru Sənan Hacıməmmədov icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatın əsaslandırılması Təqdimat onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 292/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 16548 manat kredit borcu alınıb Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi Ədliyyə Nazirliyi elektron xidmət portalına inteqrasiyası nəticəsində real vaxt rejimində elektron icra sistemindən əldə edilən məlumata əsasında Borclu məxsus İnternational BOKT-na girov qoyulmuş qızıl-zinət əşyaları aşkar edilmişdir. Həmin əşyalar 1. Qızıl saat əyarı 583 əşyaların sayı 1, çəkisi 20.5 qram, 2. Boyunbağı əyarı 750 əşyaların sayı 1, çəkisi 11 qram, 3. Klon əyarı 583 əşyaların sayı 6, çəkisi 10.7 qram, 4. Sırğa əyarı 583 əşyaların sayı 4, çəkisi 13.2 qram,

5. Qolbaq əyarı 583 əşyaların sayı 1, çəkisi 15.2 qram, 6. Komplekt əyarı 583 əşyaların sayı 2, çəkisi 16.8 qram, 7. 10-luq qızıl qəpik əyarı 916 əşyaların sayı 1, çəkisi 8.6 qram,

8. üzük əyarı 750 əşyaların sayı 2, çəkisi 9.8 qram, 9. Üzük əyarı 583 əşyaların sayı 4, çəkisi 11.5 qram, 10. Qarnitur əyarı 750 əşyaların sayı 1, çəkisi 40.6 qram, 11. Üzük əyarı 500 əşyaların sayı 1, çəkisi 3.58 qram, 12. Boyunbağı əyarı 583 əşyaların sayı 5, çəkisi 53.2 qram olan qızıl-zinət əşyalarıdır. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan İnternational BOKT-na girov qoyulmuş qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması xahiş edilir. Məhkəmə iclası: Məhkəmə iclasının vaxtı və yeri barədə təqdimat verənə və Borclu məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, təqdimata onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. İşdə olan sübutlar: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-292/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu kredit müqaviləsinə əsasən cəmi 4666.05 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Borclu və X1 müştərək qaydada cəmi 11743.21 manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Mingəçevir Şəhər İcra X4 icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-292/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclular Borclu və X2 Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-292/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədini 10 gün müddətinə könüllü icra etməyi barədə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Borclu inzibati xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu X3 Mingəçevir şəhər İcra və Probasiya şöbəsində izahatı alınmışdır. xx.xx.2025-ci il tarixli BOKT "xxxx" ASC-nin Mingəçevir şəhər İcra X4 sorğusuna cavab olaraq Borclu ilə BOKT "xxxx" ASC arasında bağlanmış kredit və girov müqaviləsinə aid sənədlərin təsdiq edilmiş surəti təqdim edilmiş, həmin sənədlərə əsasən Borclu 1. Qızıl saat əyarı 583 əşyaların sayı 1, çəkisi 20.5 qram, 2. Boyunbağı əyarı 750 əşyaların sayı 1, çəkisi 11 qram, 3. Klon əyarı 583 əşyaların sayı 6, çəkisi 10.7 qram, 4. Sırğa əyarı 583 əşyaların sayı 4, çəkisi 13.2 qram, 5. Qolbaq əyarı 583 əşyaların sayı 1, çəkisi 15.2 qram, 6. Komplekt əyarı 583 əşyaların sayı 2, çəkisi 16.8 qram, 7. 10-luq qızıl qəpik əyarı 916 əşyaların sayı 1, çəkisi 8.6 qram, 8. üzük əyarı 750 əşyaların sayı 2, çəkisi 9.8 qram, 9. Üzük əyarı 583 əşyaların sayı 4, çəkisi 11.5 qram, 10. Qarnitur əyarı 750 əşyaların sayı 1, çəkisi 40.6 qram, 11. Üzük əyarı 500 əşyaların sayı 1, çəkisi 3.58 qram, 12. Boyunbağı əyarı 583 əşyaların sayı 5, çəkisi 53.2 qram olan qızıl-zinət əşyalarını girov qoyduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmənin mövqeyi Göründüyü kimi, borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddəti ərzində və bundan sonra da qeyd edilən icra sənədini icra etməmiş, bununla da məcburi icra tədbirləri üçün əsas yaranmış, həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində Borclu BOKT "xxxx" ASC-yə girov qoyduğu qızıl-zinət əşyalarının olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilərək, Borclu BOKT "xxxx" ASC-yə girov qoyduğu 1. Qızıl saat əyarı 583 əşyaların sayı 1, çəkisi 20.5 qram, 2. Boyunbağı əyarı 750 əşyaların sayı 1, çəkisi 11 qram, 3. Klon əyarı 583 əşyaların sayı 6, çəkisi 10.7 qram, 4. Sırğa əyarı 583 əşyaların sayı 4, çəkisi 13.2 qram, 5. Qolbaq əyarı 583 əşyaların sayı 1, çəkisi 15.2 qram,

6. Komplekt əyarı 583 əşyaların sayı 2, çəkisi 16.8 qram, 7. 10-luq qızıl qəpik əyarı 916 əşyaların sayı 1, çəkisi 8.6 qram, 8. üzük əyarı 750 əşyaların sayı 2, çəkisi 9.8 qram, 9. Üzük əyarı 583 əşyaların sayı 4, çəkisi 11.5 qram, 10. Qarnitur əyarı 750 əşyaların sayı 1, çəkisi 40.6 qram, 11. Üzük əyarı 500 əşyaların sayı 1, çəkisi 3.58 qram, 12. Boyunbağı əyarı 583 əşyaların sayı 5, çəkisi 53.2 qram olan qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı:

Təqdimat təmin olunsun. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-292/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu məxsus BOKT "xxxx" ASC-yə girov qoyulmuş 1. Qızıl saat əyarı 583 əşyaların sayı 1, çəkisi 20.5 qram, 2. Boyunbağı əyarı 750 əşyaların sayı 1, çəkisi 11 qram, 3. Klon əyarı 583 əşyaların sayı 6, çəkisi 10.7 qram, 4. Sırğa əyarı 583 əşyaların sayı 4, çəkisi 13.2 qram, 5. Qolbaq əyarı 583 əşyaların sayı 1, çəkisi 15.2 qram, 6. Komplekt əyarı 583 əşyaların sayı 2, çəkisi 16.8 qram, 7. 10luq qızıl qəpik əyarı 916 əşyaların sayı 1, çəkisi 8.6 qram, 8. üzük əyarı 750 əşyaların sayı 2, çəkisi 9.8 qram, 9. Üzük əyarı 583 əşyaların sayı 4, çəkisi 11.5 qram, 10. Qarnitur əyarı 750 əşyaların sayı 1, çəkisi 40.6 qram, 11. Üzük əyarı 500 əşyaların sayı 1, çəkisi 3.58 qram, 12. Boyunbağı əyarı 583 əşyaların sayı 5, çəkisi 53.2 qram olan qızıl-zinət əşyalarının üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar